Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
509

Azərbaycanla Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç arasında görüş keçirilib.

Nazir müavini Vaqif Əliyevin Macarıstana 3 günlük səfəri çərçivəsində reallaşan görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə edib və mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalayıblar.

Görüş zamanı xanım Orsolya Paçay-Tomaşiç Azərbaycan nümayəndə heyətini salamlayaraq, təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dövlət katibi İnsan Resursları Nazirliyinin mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük nazirliyi olduğunu bildirib. Macarıstan rəsmisi Azərbaycan nümayəndə heyəti ilə görüşün sadalanan sahələr üzrə aktual məsələlərin müzakirəsi baxımından səmərəli olacağına əminliyini bildirib, imzalanması nəzərdə tutulan əməkdaşlıq proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib bir yol xəritəsi olacağını söyləyib. Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox Azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən Dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.

Macarıstanla türkdilli dövlətlər arasında münasibətlərə toxunan Dövlət katibi hazırda ölkəsinin istər ikitərəfli əsasda, istərsə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, TÜRKSOY, TÜRKPA kimi təşkilatlar çərçivəsində bu dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öz növbəsində səmimi qəbul üçün Macarıstan tərəfinə minnətdarlığını ifadə edərək, iki ölkə arşında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Nazir müavini görüş zamanı baş tutan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu qeyd edərək, bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Hazırda hər iki ölkənin bir sıra böyük mədəniyyət müəssisələri arasında, o cümlədən direktoru bu gün görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında memorandum mövcuddur və bu sahədə müəyyən işlər görülür, ancaq bu gün imzalanacaq proqram sənədi dövlət səviyyəsində bu əlaqələrin daha da səmərəli təşkilinə yönələcəkdir”.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyinə diqqət çəkən Vaqif Əliyev xanım Orsolya Paçay-Tomaşiçi Azərbaycana səfərə dəvət edib.

Görüş əsnasında, həmçinin son dövrlər Azərbaycanda gedən hərtərəfli inkişaf prosesləri barədə qarşı tərəfi məlumatlandıran Vaqif Əliyev məhz bunun nəticəsində Azərbaycanda çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, sabitlik mühitində yaşadıqlarını qeyd edib. Ölkəmizin son illər bir çox beynəlxalq əhəmiyyətli mədəni və idman tədbirlərinə ev sahibliyi etdiyini deyən nazir müavini Azərbaycanın dünyada multikulturalizm adasına çevrildiyini bildirib.

Sonra tərəflər “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı”nı imzalayıblar.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov iştirak ediblər.

XƏBƏRLƏR

22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək