Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1099

Azərbaycanlı muğam ifaçıları Özbəkistanda keçirilən Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görüldülər

Bildiyiniz kimi, cari il 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub.

Qeyd edək ki, Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.

Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər.

Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.

Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.

Qeyd edək ki, mükafat fondunun 10 min ABŞ dolları  təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın Mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb. 

XƏBƏRLƏR

23.10.2018 17:46
Mədəniyyət naziri Moskva Dövlət Sirkinin direktoru ilə görüşdü
23.10.2018 17:34
Pakistanlı müəllif Münəvvər Əhməd Milli Kitabxanada
23.10.2018 15:28
“Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllıda keçirildi
23.10.2018 13:49
VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı mətbuat konfransı keçirilib
23.10.2018 11:53
50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında
23.10.2018 11:07
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
23.10.2018 10:59
Fəxri xiyabanda Müslüm Maqomayevin xatirəsi yad olunacaq
23.10.2018 10:29
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Novruz Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının təqdimatı
23.10.2018 10:23
Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib
22.10.2018 16:43
VI Bakı Beynəlxalq Humanitar Forumunun təşkili məsələləri müzakirə olundu
22.10.2018 14:33
Qara Qarayevin 100 illiyi münasibətilə Moskvada “Yeddi gözəl” baleti nümayiş olunacaq
22.10.2018 11:54
“YUĞ” Teatrı mövsümün ilk premyerasını təqdim edib
22.10.2018 11:44
Azərbaycan Respublikasının mədəniyyət naziri Britaniya Şurasının Azərbaycan üzrə yeni təyin olunmuş direktoru ilə görüşdü
22.10.2018 10:18
Fransa səfiri: Bakı Caz Festivalı ölkələr arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayır
22.10.2018 10:18
Xaçmazda gənc şair Vüsal Yurdoğlunun “Mən Möcüzə Gözləyirəm” kitabının təqdimatı keçirildi
20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib