Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
414

Baki Xoreoqrafiya Akademiyasinda Xalq şairi Məmməd Arazin 85 illiyi qeyd olunub

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev konfransı giriş sözü ilə açaraq Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından bəhs edib. T. Əfəndiyev qeyd edib ki, Xalq şairi Məmməd Araz yaradıcılığında əks etdirdiyi  mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb:” Xüsusilə də şairin yaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik, və Cənubi Azərbaycan nisgili özünü qabarıq şəkildə büruzə verir. Buna nümunə olaraq “Ayağa dur, Azərbaycan”, “Bu gecə yuxumda Arazı gördüm”, “Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqa şeirlərini göstərmək olar”.

Sonra BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova da tədbir iştirakçılarına görkəmli şair Məmməd Araz haqqında ətraflı məlumat verib.   A. Hüseynova bildirib ki, şairin şeirlərində həyat eşqi, insani duyğular,  folklor nümunələri  geniş və dolğun əks olunmuşdur.

Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra isə akademiyanın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyevanın təşkil etdiyi Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş kitab sərgisi nümayiş olunub. Sərgidə şairin çap olunmuş kitabları və şeirinə bəstələnmiş musiqi diski yer alıb.

Elmi-nəzəri konfrans akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin ifasında şairin “Vətən desin” şeiri, İncəsənət fakültəsi tələbələrinin ifasında Məmməd Arazın şeirlərindən seçmələr və şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb.

Xatırladaq ki, 1933-cü ildə Şahbuz rayonunda anadan olan Məmməd Araz Azərbaycan ədəbiyyatdakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi”, “İstiqlal” ordeni və bir sıra fəxri adlara layiq görülüb.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu