Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
980

Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı Xalq yazıçısı Anara təqdim olundu

Sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun sədri, Xalq yazıçısı Anara Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalının təqdimetmə mərasimi keçirildi.  

Tədbirdə çıxış edən ittifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bu il Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyli adına medalın təsis olunduğunu bildirdi. Qeyd etdi ki, medalın Anar müəllimə təqdim olunması xüsusi əhəmiyyətə malikdir: “Çünki biz heç vaxt kinoda Üzeyir bəy obrazını görməmişdik. Dahi bəstəkarın obrazını ilk dəfə kinoya gətirən məhz Anar müəllim oldu. Biz bəstəkarı yalnız portretlərdə görmüşdük. Anar müəllimin “Üzeyir ömrü” filmi bizə böyük musiqiçinin bədii obrazı ilə yaxından tanış olmaq imkanı yaratdı. Bu film Üzeyir bəyin uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Tamaşaçılar görkəmli sənətkar, mübariz ziyalı keyfiyyətlərinin hamısını Üzeyir Hacıbəylidə görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə, həmçinin bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun", "Koroğlu" operaları və "Arşın mal alan" operettasının səhnə taleyi də öz əksini tapıb”.

Firəngiz Əlizadə bildirdi ki, Anar müəllimin qələmindən dahi bəstəkara həsr edilən çoxsaylı əsərlər meydana gəlib: “Biz bu əsərləri oxuyaraq Üzeyir bəyin yaradıcılığı ilə daha da yaxından tanış olmaq imkanı qazanmışıq. “Üzeyir ömrü” filmində bəstəkarın obrazının yaradıcısı mərhum sənətkarımız Hüseynağa Atakişiyevin bu rola dəvət alması və işinin öhdəsindən məharətlə gəlməsini də xüsusi qeyd etmək yerinə düşər. Biz Anar müəllimə bu fəaliyyətinə görə minnətdarıq. Çox çətin həyat yaşayan Üzeyir bəyin böyük ideyaları daim yaşayacaq”.

Qeyd olundu ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı gedişində medalın təqdimatı Anar yaradıcılığı və Üzeyir bəy ənənələri kontekstində böyük əhəmiyyətə malikdir: “Əminik ki, bu medalın ən layiqli daşıyıcılarından biri də məhz Anar müəllimdir”.

Sonra Bəstəkarlar İttifaqının sədri medalı yazıçıya təqdim etdi.

Xalq yazıçısı bu təltifə layiq görüldüyünə görə Firəngiz xanıma təşəkkürünü bildirdi. Vurğuladı ki, ədəbiyyat və kino sahəsində gördüyü hər bir iş qəlbinin və arzularının istəyi ilə reallaşıb: “Bu gün Üzeyir bəyin adını daşıyan medalın mənə təqdim edilməsindən çox məmnunam. Üzeyir Hacıbəyli böyük bəstəkar olmaqla bərabər, həm də görkəmli yazıçı və ictimai xadim idi. O, Azərbaycan idealları üçün yaşayıb-yaradan əsl vətənpərvər idi”.

Uşaq yaşlarında Üzeyir bəylə görüşlərini xatırladan Xalq yazıçısı təqdim edilən mükafatın onun üçün çox dəyərli olduğunu vurğuladı.

Daha sonra mərasim Azərbaycan musiqisi və ədəbiyyatı mövzusunda müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

24.06.2019 11:58
YUĞ Teatrında İbsenin “Vahimə” əsəri tamaşaya qoyulub
24.06.2019 10:58
III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir
24.06.2019 10:13
“Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib
24.06.2019 09:48
UNESCO jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsi ölkəmizə həsr olunub
24.06.2019 09:45
Forum iştirakçılarının gəliş günü
22.06.2019 15:30
Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli tədbir keçirilib
21.06.2019 17:43
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
21.06.2019 17:35
Minsk şəhərində “Azərbaycan Günü” təşkil olunmuşdur
21.06.2019 15:45
Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib
21.06.2019 14:42
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin ifasında “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunacaq
21.06.2019 14:33
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ilkin mərhələsi keçirildi
21.06.2019 14:30
Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək
21.06.2019 14:27
Gədəbəydə “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda elmi konfrans təşkil edilib
21.06.2019 14:25
İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb
21.06.2019 14:21
Bakıda ixtisaslaşmış təlimlərin II hissəsi təşkil olunub
21.06.2019 11:27
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər
21.06.2019 11:04
“dOM” teatrı Başqırdıstanda “Tuğanlıq” festivalında iştirak edib
21.06.2019 09:48
Nəsiminin 650 illiyi Teatr Xadimləri İttifaqında qeyd edildi
20.06.2019 18:01
UNESCO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib
20.06.2019 15:59
Akademik Opera və Balet Teatrında Hüseynqulu Sarabskinin 140 illiyi qeyd edilib
20.06.2019 15:13
Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri
20.06.2019 12:55
Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub
20.06.2019 09:32
Xorvatiyada beynəlxalq festivalda Dövlət Mahnı və Rəqs Ansamblımız çıxış edib
19.06.2019 17:19
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
19.06.2019 14:22
Sumqayıtda "Dəfn edilməmiş ölülər" tamaşası nümayiş olunub
19.06.2019 13:01
Akademik Musiqili Teatrda uşaqlar üçün mövsümün son tamaşası – “Buratino”
18.06.2019 19:51
Nazir Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb