Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1885

Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cocuq Mərcanlı qəsəbəsinə səfər edib

Martın 13-də Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edib.

Qonaqlar əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

Daha sonra Cocuq  Mərcanlı kənd sakinləri ilə regional idarənin mədəniyyət və incəsənət ustaları həmsöhbət oldular.

İdarənin rəisi Elçin Hüseynov işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. Regionun incəsənət ustaları Əlikiram Bayramov, Babək Kərimov, Natiq Məmmədov, Vüsal Zamanov, Səxavət Əsgərov, Elman Məmmədov, Gülnarə Qarabağlı və Cəngi Xalq kollektivi iştirakı ilə geniş konsert proqramı ilə çıxış etdilər.

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva mənəvi dəstək olduqlarına görə və kütləvi tədbir təşkil etdiyinə görə Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivinə minnətdarlığını bildirdi. Qonaqlar Cocuq Mərcanlı qəsəbəsində yeni tikilən mədəni sosial obyektlərlə tanış oldular.

Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı  qəsəbəsinin yenidən qurulmasını və sakinlərin 24 ildən sonra doğma yurdlarına qayıtmasını Böyük Qayıdışın başlanğıcı olduğunu diqqətə çatdırıb, bütün məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdacaqlarına əminliklərini bildiriblər.

XƏBƏRLƏR

18.12.2018 15:36
Tahir Salahovun əsərləri dünya təsviri sənətinin inciləri sırasında yer alır
18.12.2018 14:26
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər
18.12.2018 12:16
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
18.12.2018 10:52
Daşkənddə özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadəyə həsr olunmuş elmi konfrans keçirilib
18.12.2018 09:46
Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib
17.12.2018 20:11
Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.12.2018 16:10
Xaçmaz, Quba, Qusar və Şabrana növbəti səfər
17.12.2018 11:31
“… VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı şeirlər kitabının təqdimatı və imza mərasimi keçirilmişdir
17.12.2018 11:03
Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb
17.12.2018 10:47
Vətən uğrunda ölüm həyatın davamıdır
15.12.2018 20:40
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
15.12.2018 20:04
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
15.12.2018 09:02
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
15.12.2018 08:52
Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb
14.12.2018 18:11
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-da görüşlər keçirib
14.12.2018 15:46
Xoreoqrafiya Akademiyasında Üzeyir Hacıbəyli məktəbinə həsr olunmuş elmi-praktiki seminar keçirilib
14.12.2018 14:51
Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür
14.12.2018 14:33
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda “İnteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda tədqiqat səfərində olub
14.12.2018 11:51
Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul edib
14.12.2018 10:04
Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub
14.12.2018 09:09
“YARAT”da tanınmış gürcü rəssamın fərdi sərgisi üçün press-tur təşkil edilib
14.12.2018 09:03
Xalq artisti Həsən Məmmədova həsr olunmuş növbəti tədbir -“Ömür keçdi, gün keçdi”
13.12.2018 16:28
Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda tədqiqat səfərindədir
13.12.2018 15:39
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzləri ulu öndər Heydər Əliyevin zəngin irsini layiqincə təbliğ edirlər
13.12.2018 12:08
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DOĞMA DİYAR” uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir
13.12.2018 11:15
“Mədəniyyət.AZ” jurnalının növbəti sayı oxucularla görüşə gəlib
13.12.2018 09:41
Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir
12.12.2018 16:50
Qazax rayon MKS tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sərgi təşkil olunub
12.12.2018 16:41
Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının Ümummilli liderinin anım mərasimi keçirilib