Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1156

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

İyulun 7-də cəbhə xəttində yerləşən Horadiz şəhərində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Festival çərçivəsində Muğam Mərkəzində təşkil olunan tədbirdə Horadiz sakinləri, eləcə də kənd və qəsəbələrdən gəlmiş füzulililər, rayonun qonaqları Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən təşkil edilən sərgilərə maraqla baxıb, pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri ilə yaxından tanış olublar.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər, səsləndirilən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Füzuli sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təmsil edən Nazim Əzimov festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Festivalın keçirilməsi olduqca tədqirəlayiqdir. Çünki respublikamızın ayrı-ayrı bölgələri öz mədəniyyət nümunələrini təqdim edir, iştirakçılar hər bir bölgənin zəngin tarixi-mədəni irsi, adət-ənənələri, məişəti, incəsənəti ilə tanış olmaq imkanı qazanır. Əminəm ki, tədbir bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcək, regionlararası yaradıcılıq əlaqələri daha da genişlənəcək”.

Ağcabədi Regional Mədəniyyət İdarəsini təmsil edən Namiq Həsənov isə deyib: “Ölkəmizin hər bir bölgəsi fərqli mədəniyyəti, incəsənət nümunələri ilə zəngindir. Bu rəngarənglik bizim ən böyük sərvətimizdir. Bu gün “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qarabağ torpağında keçirilir. Qarabağ çox zəngin tarixi-mədəni irsə malikdir. Biz Ağcabədi Regional Mədəniyyət İdarəsi olaraq, festivalda müxtəlif maketlər, Qarabağın keçmişini və hazırkı dövrünü əks etdirən şəkillər, müxtəlif əl işləri ilə təmsil olunuruq. Təşkil etdiyimiz sərgi, həmçinin “Şur” ansamblının çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı”.

Füzuli rayon Əhmədalılar kənd sakini Xalisə Məmmədova festivalda iştirakından məmnunluğunu belə ifadə edib: “Tədbir olduqca maraqlı oldu. Bölgələrimizi təmsil edən sərgilərdə nümayiş olunan rəsmlər, suvenirlər, müxtəlif əl işlərini seyr etdikcə xalqımızın necə qabiliyyətli, zərif zövqlü olduğunu qürur hissi ilə düşündüm. İncəsənət kollektivlərinin konsert proqramından isə bütün iştirakçılar kimi mən də böyük zövq aldım. İnsanlara zövq verən, ruhun oxşayan, keçmişini və indisini tanıdan və xalqın mənəvi sərvətlərini dəyərləndirən belə gözəl tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”

Qeyd edək ki, Masallı şəhərində start götürmüş, Lənkəran, Salyan və Sabirabadda davam etmiş “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində, sonra isə nazirliyin digər regional idarələrində davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə təqdim və təbliğ olunacaq.

XƏBƏRLƏR

25.04.2019 16:10
Nəsiminin yubileyi Budapeştdə qeyd olundu
25.04.2019 13:46
Mədəniyyət naziri Əbülfəs Qarayev Cenevrədə səfərdədir
25.04.2019 13:11
Azərbaycan 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25.04.2019 12:14
Polşanın Krakov şəhərində akademik Yusuf Məmmədəliyevin barelyefinin təntənəli açılışı mərasimi keçirilmişdir
25.04.2019 11:06
Azərbaycanla Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb
24.04.2019 16:46
Quba Heydər Əliyev Mərkəzində görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-ci ildönümü ilə əlaqədar konfrans keçirilmişdir
24.04.2019 16:44
Mədəniyyət sahəsində könüllülük fəaliyyəti Lənkəran Dövlət Universitetində müzakirə olunub
24.04.2019 16:41
İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə “Ədəbiyyata bağlı ömür yolu” adlı ədəbi gecə keçirilmişdir
23.04.2019 17:27
V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olundu
23.04.2019 17:00
Lənkəran teatrında yeni tamaşanın premyerası olub
23.04.2019 15:57
Yevlax Şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim etdi
23.04.2019 11:45
Özbəkistanda keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Azərbaycan milli stendi təqdim olunub
23.04.2019 09:49
“Balaca şahzadə” növbəti dəfə azyaşlı tamaşaçılar üçün göstəriləcək
23.04.2019 08:20
X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi keçirildi
22.04.2019 17:08
Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi Qazaxıstanda keçirilən elmi konfransda iştirak edib
22.04.2019 14:31
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Oş şəhərində keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
22.04.2019 12:09
Görkəmli kinorejissor Tofiq İsmayılovun 80 illik yubileyi qeyd edildi
22.04.2019 11:59
“Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi davam edir
22.04.2019 11:56
Özbəkistanda gənc azərbaycanlı şair Fərid Hüseynin “Səmərqənd divanı” kitabının təqdimatı keçirilib
22.04.2019 10:02
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
22.04.2019 09:45
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
22.04.2019 09:42
Buktreyler Festivalının mükafatlandırma mərasimi keçiriləcək
22.04.2019 09:37
Dövlət Mahnı Teatrında “Kitabın İşığın Olsun” adlı tədbir keçirildi
22.04.2019 09:33
Göyçayda Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd olunub
22.04.2019 09:23
Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub
21.04.2019 14:58
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimində iştirak edib
20.04.2019 12:30
Kinorejissor, Xalq artisti Tofiq İsmayılovun 80 illiyi qeyd olunacaq
20.04.2019 11:26
Tbilisidə Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş rəsm sərgisi açılıb
20.04.2019 10:05
Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçirilib
19.04.2019 16:55
Polşanın Krakov şəhərində akademik Yusuf Məmmədəliyevin barelyefinin təntənəli açılışı mərasimi keçiriləcəkdir
19.04.2019 16:03
III Respublika Xalq Teatrları Festivalının növbəti mərhələsi İsmayıllıda keçirilmişdir
19.04.2019 15:20
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub