Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1281

Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamı olan Çıraqqala bərpa edilir

Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala abidəsinin bərpasına hazırlıq işləri görülür. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılacaq.

İlk növbədə “Çıraqqala” Tarixi Qoruğunun ərazisinə tikinti materiallarının daşınması üçün yolun abadlaşdırılmasına ehtiyac var. Şabran və Siyəzən rayonlarından “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə kimi yeni yol çəkilib. Buradan “Çıraqqala” abidəsinin yerləşdiyi qayanın ətəyinə kimi dağlıq relyefli ərazidən keçən təxminən 2-3 kilometrlik yolda hazırda xüsusi yolsuzluq avtomobilləri ilə hərəkət etmək mümkündür. Bu yolun sonundan Çıraqqala abidəsinədək daha 500 metrədək məsafəni isə yalnız piyada getmək olar. Bərpa işləri çərçivəsində tarixi məkanda inzibati binanın tikintisi də planlaşdırılır.

Möhkəmləndirmə, bərpa-konservasiya işləri başa çatdıqdan sonra “Çıraqqala” Tarixi Qoruğunu ziyarət edən həm yerli, həm də xarici turistlərin sayının dəfələrlə artacağı gözlənilir.

Qoruğun baş fond mühafizəçisi Əfruz Fərzəliyeva bildirib ki, çətin keçilən relyefə malik olsa da, il ərzində Çıraqqala abidəsini mindən çox turist ziyarət edir. Turistlər arasında Avropadan, ABŞ, Rusiya, Hindistan, Pakistan və ərəb ölkələrindən gələn əcnəbilər də var.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Deyilənə görə, o, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, Çıraqqala müasir dövrümüzədək gəlib çatıb.

Bələdçi Aysel Meylaverdiyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan siqnalı digər qala və məntəqələrə çatdırılardı.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Azərbaycanın tarixi irsinin memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün tədbirlər müəyyənləşdirilib.

Ölkəmizin qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanı növbəti illərdə daha çox turistin ziyarət edəcəyi gözlənilir. Bunu şərtləndirən əsas səbəb qalanın yaxınlığında, sıldırım qayanın altında yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin yerləşməsidir. 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müasir müalicə-istirahət kompleksi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

XƏBƏRLƏR

14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib