Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2708

Dahi bəstəkar Qara Qarayevin anadan olmasından 100 il ötür

Dünya şöhrətli bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasından 100 il ötür.

Fevralın 5-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, respublikanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini hörmətlə yad etdilər, məzarı üzərinə gül dəstələri qoydular.

Anım mərasimində çıxış edən Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından danışdı. Bildirdi ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir: “Qara Qarayevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb.

Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”.

Fərhad Bədəlbəyli sənətkarın Azərbaycan musiqisi tarixinə verdiyi töhfələrdən danışdı: “Düşünürəm ki, Qara Qarayev az yaşayıb. 63 yaş nədir ki. Amma buna baxmayaraq, o, bizə zəngin musiqi əsərləri miras qoyub. Əgər ömür vəfa etsəydi, Qara Qarayev daha da gözəl əsərlər yarada bilərdi. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir”.

Fərhad Bədəlbəyli qeyd etdi ki, Prezident İlham Əliyevin “Qara Qarayevin 100 illik yubileyi haqqında” sərəncamı çərçivəsində böyük musiqiçinin yubileyi silsilə tədbirlərlə qeyd olunur.

Qeyd edək ki, böyük bəstəkar 1918-ci il fevralın 5-də Bakıda dünyaya göz açıb. O, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Qara Qarayevin Nizami Gəncəvinin eyniadlı poeması əsasında yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (Nizami Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir.

Dahi musiqiçi “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına musiqilər yazıb.

Bəstəkar “Vətən” operasının (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın bənzərsiz yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Onun A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətimizin gözəl nümunələridir.

Azərbaycanın musiqi mədəniyyətini şedevr əsərlərlə zənginləşdirən Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.

XƏBƏRLƏR

23.07.2019 18:06
“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin üçüncü mərhələsi keçirildi
23.07.2019 15:59
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23.07.2019 15:16
Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib
23.07.2019 14:16
Mədəniyyət mərkəzləri filiallarının müdirlərinin peşə səriştələri artırılır
23.07.2019 14:15
Amerikada Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib
23.07.2019 12:20
Azərbaycan-Yaponiya ekspedisiyası tərəfindən Damcılı mağarasında tədqiqatlar davam etdirilir
23.07.2019 10:42
Sumqayıtın 70 illiyi münasibətilə Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib
23.07.2019 10:36
Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə yekun vurub
22.07.2019 16:31
Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
22.07.2019 14:15
Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi
22.07.2019 12:20
Nazir Əbülfəs Qarayev “Real” televiziyasına müsahibə verib
22.07.2019 11:30
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
22.07.2019 11:02
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
22.07.2019 10:32
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu
19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub