Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
594

“dOM” teatrı Başqırdıstanda “Tuğanlıq” festivalında iştirak edib

“dOM” müstəqil teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Başqırdıstanda keçirilən “Tuğanlıq” festivalında iştirak edib. Teatr festivala dramaturq İsmayıl İmanovun əsəri əsasında rejissor Tərlan Rəsulovun quruluş verdiyi “Limbo” immersiv tamaşasını aparıb.

Xatırladaq ki, türkdilli teatrların “Tuğanlıq” festivalı artıq yeddinci dəfə keçirilir. Ufa şəhərində təşkil olunan budəfəki festival Başqırdıstan Respublikasının və M.Qafuri adına Başqırd Akademik Dram Teatrının 100 illiyinə təsadüf edib. Başqırdıstan, Tatarıstan, Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Krım, Qaqauz Yeri, Qırğızıstan, Tuva, Xakasiya, Altay Respublikasının ümumilikdə 14 teatr kollektivi öz tamaşalarını təqdim edib.

“dOM” teatrının kollektivi öz tamaşasını M.Qafuri adına BADT-nin kiçik səhnəsində oynayıb. Azərbaycan və rus dillərində ifa olunan “Limbo” immersiv tamaşası qeyri-adi quruluşu ilə marağa səbəb olub. Başqırd tamaşaçılar aktiv şəkildə oyuna qoşularaq səhnədə baş verənlərə canlı reaksiya veriblər. “dOM” teatrının aktyorları “Yeni səhnə məkanının və tamaşaçı ilə ünsiyyət üsullarının mənimsənilməsi” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

Teatrın direktoru Tərlan Rəsulov həmçinin festival çərçivəsində baş tutan “Mədəniyyətlərarası dialoq və türkdilli teatrlar” adlı elmi-praktik konfransda çıxış edib. Festivalın yekununda keçirilən etnokonsertdə isə teatrın aktrisası, Əməkdar artist Yaqut Paşazadə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edib.

XƏBƏRLƏR

13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir
10.12.2019 11:12
“Haqq mənəm” tamaşası yenidən teatrsevərlərin görüşünə gəlib
10.12.2019 11:05
“Xalça diyarına səyahət” festivalı keçirilmişdir