Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
298

Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə media nümayəndələrinə açıqlama verib.

“Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və  işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta Əməkdar artistlər də vardır. Biz gələn ay növbəti seçim turuna başlayacağıq ki, sentyabr ayında – 110-cu mövsümündə teatrımızı gənc kadrlarla təmin edə bilək.

Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır.

Akademik Musiqili Teatrla sıx əlaqəsi olan teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artistimiz, Dövlət Mükafatlatı Laureatı, böyük aktrisamız Şəfiqə Məmmədova həmişə bizim fəaliyyətimizlə yaxından maraqlanır, məşq proseslərini və tamaşalarımızı izləyir. Builki müsabiqə komissiyasına belə bir sənətkarımızın rəhbərlik etməsi bizim üçün də yeni prespektivlər açır. Şadıq ki, o, xahişimizi böyük məmnuniyyətlə qəbul etdi. Ümid edirəm ki, Şəfiqə xanımın rəhbərliyi ilə keçiriləcək bu müsabiqənin nəticələri daha da uğurlu  olacaq”, – deyə Ə. Lalayev bildirib.

XƏBƏRLƏR

19.08.2019 16:34
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran teatrı xarici səfərdən qayıdıb
19.08.2019 15:50
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib