Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
217

Şəki teatrında yeni tamaşaya ictimai baxış olub

Şəki Dövlət Dram Teatrında Molyerin və Mixail Bulqakovun “Xəstəliklər xəstəsi və ya yaşasın teatr” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub. Əsas mövzusu savadsız və bacarıqsız həkimlər olan bu komediya Molyerin ən son əsəri, eyni zamanda, ən son rol aldığı tamaşasıdır.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

Şəkidə peşəkar teatrın yaradılmasının 140 illiyi münasibətilə səhnələşdirilən bu tamaşa həm də bütün ömrünü teatra həsr edən sənətkarlara ithaf olunub.

Əsərin əsas qəhrəmanını, yəni, Molyerin özünün ifa etdiyi Arqan obrazını Əməkdar artist Xanlar Həşimzadə canlandırıb. Tamaşada, həmçinin Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Xəyal Salahov, Lalə Məmmədova, Nərmin Abbasova, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Pərviz İsmayılov, Fidan Lətifova və başqaları çıxış ediblər.

Şəki teatrında yubiley tədbirləri ilboyu davam edəcək.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb