Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
246

Fərhad Bədəlbəyli: Qəbələ festivalı ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir

Musiqinin gücü qüdrətli və sərhədsizdir. Qəbələ festivalı dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlərin, ansamblların ifası ilə mənəvi yaxınlığımızı hiss etməyə imkan verir. Festivalın əsas missiyası məhz bundan ibarətdir.

Bu sözləri jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli deyib.

Festivalın ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb etdiyini vurğulayan musiqiçi bildirib ki, bu festival artıq 11 ildir Azərbaycanın dilbər guşəsində, füsunkar təbiəti olan Qəbələ şəhərində keçirilir. Festivalın keçirilməsinə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaxından kömək göstərirlər. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən və gözəl ənənəyə çevrilən Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

Builki festivalın da bir neçə əlamətdar hadisə ilə yadda qalacağını vurğulayan festivalın bədii rəhbəri deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Məhz bu səbəbdən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimində “Nəsimi ili” çərçivəsində tamaşaçılara maraqlı proqram təqdim edildi. Konsertdə Fikrət Əmirovun ölməz əsəri “Nəsimi dastanı” baletindən süita səsləndirildi. Builki festival həm də, dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunan konsert proqramı ilə yadda qalacaq”.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb