Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1257

Prezident İlham Əliyev Xalq Artisti Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Xalq Artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Fərhad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı sənətinizlə sevindirirsiniz, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verirsiniz. Siz gənc yaşlarınızdan dünyada da Azərbaycanı ləyaqətlə təmsil edirsiniz, Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bildiyimə görə, hələ 50 il bundan əvvəl beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüsünüz və beləliklə, öz istedadınızı bütün dünyaya nümayiş etdirmisiniz.

Siz həm bəstəkar, həm peşəkar musiqiçi kimi dünya miqyasında öz layiqli yerinizi tuta bilmisiniz və Azərbaycan xalqı sizi sevir və sizi yüksək qiymətləndirir. Siz gənc kadrların hazırlanmasında çox böyük iş görürsünüz. Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında sizin çox böyük əməyiniz olubdur. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, demək olar ki, bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində sizin xüsusi rolunuz var. Şadam ki, bu gün Azərbaycan bütün istiqamətlər üzrə beynəlxalq tədbirlərin keçirilməsində öz töhfəsini verir və ölkəmizdə həm siyasi, iqtisadi, həm də idman və mədəni tədbirlər yüksək səviyyədə təşkil olunur.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə həmişə çox böyük diqqət və qayğı göstərirdi. Bilirəm ki, sizin əməyinizi, sənətinizi yüksək qiymətləndirirdi, sizi bir insan kimi, bir gənc kimi də çox sevirdi. Siz bunu yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və mən sizi çox gözəl insan kimi tanıyıram. Nəinki görkəmli mədəniyyət xadimi, gözəl, vətənpərvər, prinsipial, xeyirxah insan kimi siz Azərbaycan xalqının sevgisini qazanmısınız. Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuq və bu gün də bu, belədir. Hələ sovet vaxtında siz gənc ifaçı kimi SSRİ Xalq Artisti adına layiq görülmüsünüz. O da əlbəttə ki, sizin istedadınızın sovet məkanı tərəfindən yüksək qiymətləndirilməsi demək idi. Bilirəm ki, müstəqillik dövründə sizin çoxsaylı xarici qastrollarınız olub və beynəlxalq tədbirlərdə Azərbaycanı həmişə çox yüksək səviyyədə, ləyaqətlə təmsil edirsiniz. Azərbaycan dövləti də sizi çox yüksək qiymətləndirir, sizə dövlət mükafatları verilmişdir. Bu gün isə siz yubileyiniz ərəfəsində Azərbaycan dövlətinin yüksək mükafatı – “İstiqlal” ordeni ilə təltif olunursunuz və mən istərdim ki, bu ordeni sizə təqdim edim.

x x x

Dövlətimizin başçısı İlham Əliyev “İstiqlal” ordenini Fərhad Bədəlbəyliyə təqdim etdi.

x x x

Fərhad BƏDƏLBƏYLİ dedi:

-Çox sağ olun cənab Prezident. Əlbəttə bu, çox sevindirici bir haldır. Bu gün axşam mənim konsertimdir, gündüz isə cənab Prezident mənə belə yüksək mükafatı təqdim edir.

İstiqlal, ümumiyyətlə, bütün Azərbaycanın neçə nəslinin böyük bir arzusu olub. Azad Azərbaycanın böyük Prezidenti mənə bu ordeni verir. Burada böyük bir məna var. Bakı Musiqi Akademiyasında heç vaxt unutmurlar ki, bu ali məktəbə Üzeyir bəyin adını Siz qaytarmısınız. Bütün ziyalılar bunu gözləyirdilər və Siz bunu etdiniz. Siz düz buyurdunuz ki, bizim çoxlu cavan ifaçılarımız neçə-neçə beynəlxalq müsabiqələrdə qalib olurlar, idman öz yerində, amma biz də beynəlxalq müsabiqələrdə, konsertlərdə, neçə-neçə tədbirlərdə bayrağımızı qaldırırıq. Əlbəttə, bu uğurlarda Heydər Əliyev Fondunun, Mehriban xanımın xüsusi rolu var. Bu gün konsertdə dirijorluq edəcək Fuad İbrahimov 9 il Kölndə oxuyub, Fond ona kömək edib. İndi o, gözəl dirijordur. Yəni, biz bu diqqəti həmişə hiss edirik. Vaxtilə Siz bizə pul ayırmısınız, biz gözəl royallar almışıq, indi gözəl təmirimiz var. Yəni, o diqqəti biz həmişə hiss edirik.

Bu da çox vacib məsələdir. Əlbəttə, mən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi Sizə dərin təşəkkürümü bildirirəm. Çünki Siz hər yerdə harada olursunuzsa - Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Brüsseldə, Parisdə hər dəfə çıxışınızda Qarabağ məsələsini qaldırırsınız. Biz bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki biz hiss edirik ki, bu mövzu Sizin diqqət mərkəzinizdədir. Əlbəttə, biz çalışırıq ki, Azərbaycanın adı hər yerdə ən yüksək səviyyədə səslənsin. Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, olimpiadalarda bizim idmançılarımız qalib olanda, bayrağımız yüksələndə biz hamımız sevincdən az qalırdı ağlayaq. Bir neçə məzunumuz Böyük Teatrda solistdir – Elçin Əzizov, Dinarə Əliyeva. İndi gənclərimizin bir neçəsi La Skalada çıxış edir, yəni, işləyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizə yeni uğurlar arzulayıram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

 

XƏBƏRLƏR

16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
12.07.2018 12:04
İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı
11.07.2018 12:16
Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək
10.07.2018 16:34
Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirildi
10.07.2018 14:36
Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi
10.07.2018 14:23
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivalda iştirak edib
09.07.2018 18:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 18:08
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib
09.07.2018 18:03
Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur
09.07.2018 12:50
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir
09.07.2018 12:26
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonu olub
09.07.2018 09:02
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
06.07.2018 16:54
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.07.2018 16:44
Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
06.07.2018 15:42
“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir