Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
334

Fuad Osmanovun 55 illik yubileyində "Tənhalıq komediyası"nın premyerası olacaq

8 iyun 2019-cu il tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış fransız dramaturqu Patrik Bessonun "Heyvanların dialoqu" və "Taksi sürücüsü" pyesləri əsasında hazırlanan "Tənhalıq komediyası" tamaşasının premyerası olacaq.

Tamaşanın rejissoru Akademik Rus Dram Teatrının aktyoru, əməkdar artist Fuad Osmanovdur.  Tamaşa əməkdar artistin 55 illik yubileyinə həsr olunub. Xalq artisti, Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski tamaşanın hazırlanmasında F.Osmanova böyük dəstək göstərib.

Rejissorun yaradıcı eksperimentində xalq artisti Səfa Mirzəhəsənov, aktyorlar Oleq Əmirbəyov, Murad Məmmədov, Ramil Əliyev və Həcər Ağayeva iştirak edəcəklər. "Yaraşıqlı oğlan" rolunda isə Elmar Ələkbərov çıxış edəcək.

Tamaşanın səhnə tərtibatını əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyimlərini əməkdar mədəniyyət işçisi Olqa Abbasova hazırlayıb. Rəqs səhnələrinə isə Həcər Ağayeva quruluş verib. Tamaşanın musiqi tərtibatı Teymur Abdullayevə məxsusdur.

Biletlər teatrın və şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb