Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1817

Gədəbəydə “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda elmi konfrans təşkil edilib

Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən olan aşıq sənəti dünya mədəni irsinin mühüm və nadir incilərindəndir. Aşıq sənəti 2009-cu ildən UNESCO-nun Qeyri–Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu baxımdan aşıq sənətinin təbliği və tədqiqi aktual və müzakirəli mövzudur.

İyunun 21-də Gədəbəydə Aşıq musiqisi məktəbinin ilk məzun günü tədbiri çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda elmi konfrans təşkil olunub.

Konfransda Aşıq musiqisi məktəbinin müəllim və şagird heyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hafiz Kərimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev və Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Nadir Məmmədov iştirak ediblər.

Çıxış zamanı qeyd olunub ki, aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi forması və təsir gücüdür. Məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür, kiçik bir tamaşadır. Burada musiqi improvizatoru, söz və şeir sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir. Aşıq sənəti Azərbaycanın Qazax, Kəlbəcər, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır. Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür. Ustad-şagird ənənəsi tarixi mənzərəsini dəyişdiyindən çox sayda dastan və havacat yükünə malik olan gənc aşıqların yetişdirilməsi xeyli dərəcədə çətinləşsə də, bunun öhdəsindən gəlməliyik.

Tədbirin sonunda Aşıq musiqisi məktəbinin ilk məzunlarının çıxışlarından ibarət yekun konserti təqdim olunub.

XƏBƏRLƏR

19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq