Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
508

“Gəl qohum olaq” yeni versiyada Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümündə repertuarına bir neçə fərqli janrlı tamaşa daxil  etmişdir.

Belə ki, hazırda A.Şaiqin “Danışan gəlincik” əsəri ilə bərabər tanınmış dramaturq İsi Məlikzadənin "Gəl  qohum olaq" komediyasının yeni versiyası üzrərində məşqlərə də  start verilmişdir.   

Tamaşanın quruluşçu rejissoru respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur. Vəziyyət  komediyasında maraqlı hadisələr bir-birini əvəz edir. Quruluşçu rejissor aktyorların improvizə etmələrinə də şərait yaradan mizanlar üzərində işləyir. Şən musiqilər və koloritli dekorasiya tamaşaya xüsusi effekt verəcəkdir.

Rollarda teatrın gənc və orta nəsil aktyorları Aynur Hümmətova, Firuzə Şərifova, Şəmistan Süleymanlı, Elay Xasiyev, İlqar İbrahimov, Əməkdar artist Fəranə Musayeva və Xalq artisi Valeh Kərimov çıxış edəcəklər. Rejissor assistenti Fazilə Rzayevadır.

Qeyd edək ki, yeni tamaşa cari ilin fevral ayında təhvil veriləcək.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı