Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
806

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla iştirak edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçirilən “Vidlunya” adlı XX Beynəlxalq Monodram Teatr Festivalında P. Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Ukraynanın “Kut Mono” teatrında keçirilən festivalda Azərbaycanlı aktyor festivalın “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasıyasında diploma layiq görülüb.

Səfər təəssüratlarını bölüşən Əməkdar artist bildirib ki, festivalda Qırğızıstan, Kosova, Ukrayna, Moldova, Polşa, İzrail kimi ölkələr iştirak edib. Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparırdı. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukraynanın telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbayc haqqında sujetlər hazırlanıb. Bu süjetlərdə müsahibə zamanı Əməkdar artist Şövqi Hüseynov Azərbaycan mədəniyyəti və Azərbaycan teatrı haqqında məlumatları diqqətə çatdırıb. Festival çərçivəsində aktyor həmçinin yeni festivallara dəvət də alıb.  

XƏBƏRLƏR

26.09.2018 15:11
SSRİ Xalq artisti Bülbülün xatirəsi yad olundu
26.09.2018 13:57
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
25.09.2018 17:02
Gənc mədəniyyət işçiləri öz gücünü idmanda sınadılar
25.09.2018 16:15
Sumqayıtda silsilə tədbirlər keçirilib
25.09.2018 11:51
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018 10:59
Görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyi qeyd olundu
24.09.2018 16:20
Sumqayıt Regional mədəniyyət idarəsinin müşavirəsi keçirilib
24.09.2018 16:19
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
24.09.2018 16:13
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görmüşdür
24.09.2018 14:51
Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olub
24.09.2018 12:10
SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayev ilə yaradıcı görüş keçiriləcək
24.09.2018 12:06
Oğuzda “Şəfa” bayramı keçirilib
24.09.2018 11:09
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
24.09.2018 11:00
Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçiriləcək
24.09.2018 09:21
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
22.09.2018 20:09
Nazir Əbülfəs Qarayev Moskva Hökumətinin naziri Aleksandr Kibovski ilə görüşmüşdür
22.09.2018 12:12
Bakıda görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçirildi
21.09.2018 17:10
Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə kitab sərgisi keçirildi
21.09.2018 16:35
Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı Xalq yazıçısı Anara təqdim olundu
21.09.2018 15:41
Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olacaq
21.09.2018 15:34
Bakıda SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək
21.09.2018 14:58
Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomu təqdim olunub
21.09.2018 14:29
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa keçirilib
21.09.2018 14:15
Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub