Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
859

Gəncə Dövlət Filarmoniyasında “Mən Azərbaycanlıyam” adlı hesabat konserti keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib.

Tədbirdə Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə şəhər incəsənət, musiqi məktəblərinin rəhbərliyi və kollektivi, Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər.

Konsertdə qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Məktəb şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş rəngarəng konsert proqramı ilə çıxış edib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə təşkil edilmiş gəzinti şagird və müəllim kollektivinin xüsusi marağına səbəb olub.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb