Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
952

Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirildi. Konsert proqramını  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izlədilər.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə  keçirilən “Mədəniyyət həftəsi”nin təşkilatçıları – Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin bir qrup əməkdaşı, şəhərə gələn bir qrup xarici qonaqlar iştirak etdilər.

Tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir və qüdrətlənir.

Bayram konsertində xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, əməkdar mədəniyyət işçisi, müğənni Mehparə Cəfərova, əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Vasif Bayramov, Əli Məmmədov, Elmir Pişnamazzadə və digərləri çıxış etdilər. Həmçinin konsertdə, Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında şair dramaturq Aydın Murovdağlının “Alın yazısı” poemasından bir parça tamaşaçılara təqdim olundu. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə nümayiş olunan  “İgidlər” rəqsi isə tamaşaçılar tərəfindən  böyük coşqu ilə qarşılandı. Konsert proqramı əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova və Rövşən Məmmədovun ifasında səslənən Kamalın “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşdı.

Tədbirin sonunda 15 İyun Milli Qurtuluş günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının ünvanına təbriklər söylənildi və bir daha vurğulandı ki, müstəqilliyimiz əbədi və dönməzdir.

XƏBƏRLƏR

13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir
10.12.2019 11:12
“Haqq mənəm” tamaşası yenidən teatrsevərlərin görüşünə gəlib
10.12.2019 11:05
“Xalça diyarına səyahət” festivalı keçirilmişdir