Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1019

Gəncədə “Mədəniyyət həftəsi” “Dönməz iradə” adlı seminarla başlanıb

Gəncə şəhərində “Mədəniyyət həftəsi” çərçivəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun 100 illik yubileyinə həsr olunmuş “Dönməz iradə” adlı seminar keçirilib. İ.Məmmədovun ev-muzeyində keçirilmiş tədbir Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminar İsrafil Məmmədovun abidəsinin önünə gülqoyma mərasimi ilə başlayıb.

İ.Məmmədovun ev-muzeyində davam edən seminarda Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayaraq qəhrəmanlarımızın ölkəmizi hər zaman qələbəyə doğru apardıqlarını vurğulayıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin iştirakı ilə keçirilmiş tədbirdə Böyük Vətən müharibəsinin veteranı Tofiq Hüseynov, AMEA-nın Gəncə bölməsinin nümayəndəsi Elnur Həsənov, Mir Cəlal Paşayevin “Ədibin Evi” ev-muzeyinin nümayəndəsi Elnur İmambəyli, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Nurəddin Babazadə, İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin direktoru Kəmalə İsgəndərova, İ.Məmmədovun ev-muzeyinin direktoru Eldəniz Babayev qəhrəman haqqında fikirlərini bölüşüblər.

Sonda seminarın iştirakçıları mərkəz tərəfindən fəxri diplomla təltif olunublar.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb