Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1311

Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib

13 iyun 2019-cu il tarixində “Mədəniyyət həftəsi” çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkitatçılığı ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında “Son iclas” filminin nümayişi və film ətrafında “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib.

Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin iştirakı ilə keçirilən tədbirdə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşları, universitenin tələbələri, Gəncə və Şəmkir Regional Mədəniyyət İdarələrinin gənc mədəniyyət işçiləri çıxış ediblər.

Çıxış edənlər debatda Azərbaycan kino sənətinin uğurlarıb, habelə müasir kinematoqrafların vətənpərvərlik mövzusuna, müasir dövrdə daha çox aktuallıq kəsb edən mövzulara müraciət etməli olduqlarının vacibliyi vurğulayıblar.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi çəkilib. 2018-ci il mayın 25-də Heydər Əliyev Mərkəzində filmin təqdimatı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizədən bəhs olunur. Bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

XƏBƏRLƏR

13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir
10.12.2019 11:12
“Haqq mənəm” tamaşası yenidən teatrsevərlərin görüşünə gəlib
10.12.2019 11:05
“Xalça diyarına səyahət” festivalı keçirilmişdir