Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1022

Görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyi qeyd olundu

Sentyabrın 20-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində SSRİ Xalq artisti, görkəmli müğənni Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Opera səhnəmizin Nigarı” adlı tədbir keçirildi. Tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilmişdi.

Mərasimi muzeyin şöbə müdiri Xanım Abdinova açaraq görkəmli sənətkarın yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, lirik-dramatik soprano səs tembrinə malik Firəngiz Əhmədova 1950-1970-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, “Koroğlu” operasında (Üzeyir Hacıbəyli) Nigar, “Şah İsmayıl”da Gülzar, “Nərgiz”də Nərgiz (Müslüm Maqomayev), “Sevil”də (Fikrət Əmirov) Sevil və başqa partiyaların mahir ifaçılarından olub.

Firəngiz Əhmədova opera tamaşalarında musiqimizin korifeyləri Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olub. O, həmçinin keçmiş SSRİ-nin respublikalarında və bir sıra Avropa ölkələrində qastrol səfərlərində uğurla çıxış edib.

Bildirildi ki, sənətkarın yaradıcılıq uğurları yüksək qiymətləndirilib. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülüb. Mədəniyyət və incəsənət xadimlərinə həmişə qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev 70 illik yubileyi münasibətilə Firəngiz Əhmədovanı “Şöhrət” ordeni ilə təltif edib.

Xalq artisti Xuraman Qasımova görkəmli sənətkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Firəngiz Əhmədovanın səhnəyə çıxdığı dövr azərbaycanlı qadınlar üçün heç də asan olmayıb: “Biz onu professional səhnədə gördük. Firəngiz xanım həm də kamera-vokal janrında əsərlər ifa edirdi. Onun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz”, Asəf Zeynallının ”Ölkəm”, Niyazinin “Arzu”, Əşrəf Abbasovun “Heyran olmuşam”, Ağabacı Rzayevanın “Oxu, gözəl” və başqa romansları dinləyicilər bu gün də yaxşı xatırlayırlar”. 

“Firəngiz Əhmədova” kitabının müəllifi Kəmalə Abıyeva çıxış edərək sənətkarla bağlı arxiv materiallarını araşdırarkən maraqlı faktlarla qarşılaşdığını qeyd etdi: “Firəngiz Əhmədova konservatoriyada qəbul imtahanı verərkən dahi Üzeyir Hacıbəyli onun istedadlı bir gənc olduğunu görür və deyir ki, “Siz konservatoriyada oxuyacaqsınız”. Məlumdur ki, görkəmli sənətkarların səhnədən ayrılması çox çətin olur. Ancaq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində sənət möcüzələri yaradan Firəngiz Əhmədova çox sakitcə, 50 yaşında ikən səhnədən ayrılır”.

Çıxışlardan sonra Akademik Opera və Balet və Musiqili teatrların solistlərinin ifasında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Bütün ifalar alqışlarla qarşılandı.

Sonda sənətkarın qızı S.Əhmədova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

XƏBƏRLƏR

24.06.2019 11:58
YUĞ Teatrında İbsenin “Vahimə” əsəri tamaşaya qoyulub
24.06.2019 10:58
III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir
24.06.2019 10:13
“Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib
24.06.2019 09:48
UNESCO jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsi ölkəmizə həsr olunub
24.06.2019 09:45
Forum iştirakçılarının gəliş günü
22.06.2019 15:30
Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli tədbir keçirilib
21.06.2019 17:43
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
21.06.2019 17:35
Minsk şəhərində “Azərbaycan Günü” təşkil olunmuşdur
21.06.2019 15:45
Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib
21.06.2019 14:42
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin ifasında “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunacaq
21.06.2019 14:33
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ilkin mərhələsi keçirildi
21.06.2019 14:30
Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək
21.06.2019 14:27
Gədəbəydə “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda elmi konfrans təşkil edilib
21.06.2019 14:25
İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb
21.06.2019 14:21
Bakıda ixtisaslaşmış təlimlərin II hissəsi təşkil olunub
21.06.2019 11:27
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər
21.06.2019 11:04
“dOM” teatrı Başqırdıstanda “Tuğanlıq” festivalında iştirak edib
21.06.2019 09:48
Nəsiminin 650 illiyi Teatr Xadimləri İttifaqında qeyd edildi
20.06.2019 18:01
UNESCO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib
20.06.2019 15:59
Akademik Opera və Balet Teatrında Hüseynqulu Sarabskinin 140 illiyi qeyd edilib
20.06.2019 15:13
Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri
20.06.2019 12:55
Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub
20.06.2019 09:32
Xorvatiyada beynəlxalq festivalda Dövlət Mahnı və Rəqs Ansamblımız çıxış edib
19.06.2019 17:19
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
19.06.2019 14:22
Sumqayıtda "Dəfn edilməmiş ölülər" tamaşası nümayiş olunub
19.06.2019 13:01
Akademik Musiqili Teatrda uşaqlar üçün mövsümün son tamaşası – “Buratino”
18.06.2019 19:51
Nazir Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb