Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
641

Hacıqabul və Saatlı şəhər uşaq musiqi məktəblərinin birgə konserti təşkil olunub

Hacıqabulda Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul şəhər və Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəblərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Konsertdən əvvəl musiqi məktəbinin kollektivi şəhərdə yerləşən mədəniyyət  müəssisələri  - ümummilli lider Heydər Əliyevin adını daşıyan  mərkəzdə, rayon Tarix-Diyarşünaslıq muzeyində, rayon mərkəzi kitabxanası ilə  tanış  olmuş və həmin müəssisələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə etmişlər.

“Dostluq və əməkdaşlıq” çərçivəsində keçirilən tədbir şəhər Folklor klubunda davam etmişdir. Tədbiri Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rahib Məmmədov giriş sözü ilə açmışdır. Sonra çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Əmiraslanov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətdən bəhs edərək hər iki məktəb kollektivinə uğurlar arzulamışdır.

Daha sonra hər iki məktəbin şagirdlərinin Azərbaycan və xarici ölkə  bəstəkarlarının əsərlərindən ibarət ifaları dinlənilmişdir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb