Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
834

III Respublika Xalq Teatrları Festivalının Final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcəkdir

“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq cari ilin 23-25 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının Final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcəkdir.

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.

Məlumat üçün bildiririk ki, cari ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilmişdir. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilmişdir. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcəkdir.

Festival çərçivəsində 25 iyun tarixində Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcəkdir. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.

XƏBƏRLƏR

19.08.2019 15:50
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib