Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
350

III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir

23-25 iyun tarixində Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir. “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq gerçəkləşən festivalın baxış-seçim mərhələsi bu ilin aprelində paytaxtda və respublikanın bölgələri regionları üzrə şəhər və rayonlarda təşkil olunub.

Ölkəmizdə ümumilikdə 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Onların arasından 13 kollektiv həlledici mərhələyə dəvət qazanıb. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrlarıdır.

İyunun 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz kollektiv hazırladıqları səhnə əsərlərini təqdim etdi. Yekun mərhələdə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək. Qeyd edək ki, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimovun rəhbərlik etdiyi münsiflər heyətinə Əməkdar artist, aktyor və bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Gülnar Hacıyeva, tənqidçi, sənətşünas Atababa İsmayıloğlu və başqaları daxildir. Münsiflərlə bərabər teatrsevərlərin də izlədikləri tamaşalar maraqla qarşılandı.

Final mərhələsinin birinci baxış günü əvvəlcə İsmayıllı rayon Xalq teatrının Qarabağ, vətənpərvərlik, müharibə mövzusunda “Əsgər papağı” (əsərin müəllifi Elnurə Abdullayeva) tamaşası, Qəbələ Xalq teatrının və Beyləqan rayon Xalq teatrının “Göyçək Fatma” Azərbaycan xalq nağılı əsasında fərqli yozumlarda hazırladıqları tamaşaları, Şabran rayon Xalq teatrının təqdimatında Qarabağ xanlığının tarixindən bəhs edən “Hökmdar və qızı” (İlyas Əfəndiyev) tamaşası nümayiş olundu.

Ardınca Zaqatala Xalq teatrının klassik komediya nümunələrimizdən olan “Beş manatlıq gəlin”ə (Məmməd Səid Ordubadi), Masallı rayon Xalq teatrının çağdaş insanın, xüsusən qadınların problemlərini ön plana çıxaran “Qaçqın gəlin” (İbadulla Hüseynzadə) adlı psixoloji-sosial səhnə işi, özünəməxsus ənənələri olan Şərur Xalq teatrının (Naxçıvan Muxtar Respublikası) təqdimatında A.Puşkinin “Motsart və Salyeri” birpərdəli dramı izlənildi.

Füzuli Xalq teatrının “Xocalı harayı” tamaşası bəşər tarixinin ən qanlı hadisələrindən olan, qan yaddaşımıza əbədi həkk edilmiş olan soyqırımından bəhs edirdi. İlk günün sonuncu tamaşası isə Yevlax Xalq teatrının yazıçı Pərvinin birpərdəli pyesi əsasında hazırladığı “Qadınlar” oldu.

Nümayiş olunan səhnə işləri rəngarəngliyi və quruluş həlləri ilə diqqət çəkdi. Hər nümayişin ardınca yaradıcı heyətləri tamaşa salonuna dəvət edən münsiflər heyəti oyun üslubu, səhnə manevrləri, quruluş elementlərindəki müvafiq ştrixlər barədə fikirlərini bildirib, tövsiyələrini verdilər.

Qeyd edək ki, III Respublika Xalq Teatrları Festivalının final mərhələsinin ikinci günü – iyunun 24-də daha 4 kollektiv – Mərdəkan, Qax, Bərdə və Cəlilabad xalq teatrları öz tamaşalarını təqdim edir. Səhnə əsərləri Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində nümayiş olunur. Saat 17-də Gənc Tamaşaçılar Teatrında festival qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

İyunun 25-də isə Muzey Mərkəzində festival çərçivəsində I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.

 

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir