Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
343

Şirvan şəhərində "Ümid sənədir, Azərbaycan əsgəri!" adlı tədbir keçirildi

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyi və Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 24 iyun 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində "Ümid sənədir, Azərbaycan əsgəri!" adlı bayram tədbiri keçirilmişdir. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və dövlət himninin səslənməsi ilə başladı. Tədbir rəsmi və bədii hissədən ibarət olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranması mövzusunda Tarix-Diyarşunaslıq Muzeyinin direktor müavini Aynur İbrahimova çıxış etmişdir. Bayram tədbirində gənc şairə Nahidə Elman Azərbaycan şairi Qabilin "Ümid sənədir, Azərbaycan əsgəri!" adlı şeirini səsləndirmişdir.

Daha sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin muğam sinfinin müəllim və şagirdləri tədbirdə konsert proqramı ilə çıxış etmişlər. Sonda Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı