Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
569

ISESCO-nun Baş direktoru: Mehriban Əliyevanın humanitar sahədəki fəaliyyəti bütün dünyada xanımlar üçün gözəl nümunədir

“Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın müxtəlif mədəniyyətləri və dinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təmin olunması baxımından gözəl platformadır.

Bu fikirləri “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib.

“2011-ci ildən keçirilməyə başlayan bu Forumun uğurlu olmasının əsas səbəbi Azərbaycan rəhbərliyinin ölkələr arasında dialoq, sülh, qarşılıqlı anlayış kimi dəyərlərə, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında dostluq mühitinin yaradılmasına sadiqliyidir. Məhz bu dəyərlər mədəniyyət və dinlər arasında mövcud anlaşılmazlıqları aradan qaldırmağa kömək edir. Əminəm ki, “Bakı Prosesi” xalqlar arasında əməkdaşlıq və anlaşmanın möhkəmləndirilməsini təmin edəcək, həmin mədəniyyəti formalaşdırmağa təkan verəcək. Təmsil etdiyim ISESKO təşkilatının da bu Forumun təşkilatçılarından biri olduğuna görə qürur duyuram”, - deyə Əbdüləziz Osman Əl-Tüveycri bildirib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bəşəriyyətə xidmət edən bir çox tədbirlərin fəal iştirakçısı olmasını, eyni zamanda, bu tədbirlərin keçirilməsi istiqamətindəki töhfələrini yüksək qiymətləndirən ISESCO-nun Baş direktoru deyib: “Birinci vitse-prezident Mehriban Əliyeva nəinki ölkə daxilində keçirilən, həmçinin regional və beynəlxalq səviyyəli tədbirlərin fəal iştirakçısıdır. Onun humanitar sahədəki fəaliyyəti, ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı nəinki İslam ölkələrində, hətta bütün dünyada xanımların bu zəngin təcrübədən yararlanması üçün gözəl nümunədir”.

XƏBƏRLƏR

19.08.2019 16:23
Lənkəran teatrı xarici səfərdən qayıdıb
19.08.2019 15:50
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib