Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
523

IV Buktreyler Festivalının Münsiflər Heyəti öz işinə yekun vurdu

IV Buktreyler Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bu barədə məlumat verib: “Artıq Münsiflər Heyətinin üzvləri səsverməni başa çatdırıblar. Hal-hazırda Təşkilat Komitəsi balların cəmlənməsi ilə məşğuldur. İctimaiyyətə məlumdur ki, festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə onların adı yalnız səsvermədən sonar açıqlanır. Odur ki, artıq festivalın saytında Münsiflər Heyətinin tərkibi açıqlanıb. Obyektivliyi qorumaq məqsədilə Münsiflər Heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır, və onların adları artıq festivalın saytında qeyd edilib. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil,  ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir. Hər bir iştirakçıya uğurlar arzulayıram!”

IV Buktreyler Festivalının Münsiflər Heyətinə Şeyx Əbdül (Kinorejissor, ssenarist və aktyor, Azərbaycanın Xalq artisti),  Orxan Fikrətoğlu (Yazıçı, ssenarist, rejissor, jurnalist, Azərbaycanın Əməkdar incəsənət xadimi), Gülzar Qurbanova (Teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti), Məlahət Abbasova (Aktrisa,Azərbaycanın Əməkdar artisti), Günel Anarqızı (Yazıçı, publisist və jurnalist, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Ruslan Sabirli (Kinoaktyor, prodüser, Bukteyler Festivalının təsisçisi və direktoru)  daxildir.

Xatırladaq ki, Festival qaliblərini birinci, ikinci (2 nəfər) və üçüncü (3 nəfər) yerlər üzrə müvafiq olaraq 1.000 manat, 800 manat (hər biri) və 500 manat (hər biri) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki elanlarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb