Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1837

Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

2018-ci ilin 1 mart tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

1938-ci ilin 29 yanvar tarixində Bakı şəhərində anadan olan Kamil Cəlilov  Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Azərbaycan Dövlət Konservatoriyasını  bitirdikdən sonra  əmək fəaliyyətinə  başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənmiş və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirmişdir.

İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın  yaratdığı “Dan ulduzu”  ansamblının solisti olmuşdur.  Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi  Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Çexoslovakiyada, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər  ölkələrində məharətlə təqdim etməklə  musiqimizin təbliğində  böyük  xidmətlər göstərmişdir.

Uzun illər ərzində İncəsənət  Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə  məşğul  olan  Kamil Cəlilov  milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında  səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə  sərf etmişdir.

Kamil Cəlilov 1989-cu ildə milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. O, Prezident təqaüdçüsüdür. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, bu yaxınlarda isə 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüşdür.

XƏBƏRLƏR

18.01.2019 17:30
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:04
Sabirabaddda vətənpərvərlik mövzusunda tədbirlər keçirildi
18.01.2019 16:32
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.
18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.01.2019 16:42
Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi
17.01.2019 15:18
Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi
17.01.2019 14:56
"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər
17.01.2019 14:49
Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub
17.01.2019 09:41
Xalq artisti Amalya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib
16.01.2019 16:52
Niyazinin Mənzil Muzeyində ilin ilk görüşü Əyyub Quliyevlə olub
16.01.2019 10:30
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16.01.2019 10:29
Qara Qarayevin ev-muzeyində Xalq artisti Firəngiz Əlizadə ilə görüş təşkil edilib
16.01.2019 09:34
Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb
15.01.2019 15:14
Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişinə başlanılıb
15.01.2019 09:48
“Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb
15.01.2019 09:33
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
14.01.2019 17:20
"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı Özbək dilində məlumat yerləşdirilib
14.01.2019 16:39
Lənkəran teatrının nümayəndə heyəti İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında təmsil olunub
14.01.2019 16:36
Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilib
14.01.2019 12:38
Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq
14.01.2019 10:30
“Maestro and Artists” Xalq rəssamı Arif Əzizin 75 illiyinə həsr olunmuş qrup sərgisi keçiriləcək
14.01.2019 09:53
İstiqlal Muzeyində II Dünya müharibəsi illəri ilə bağlı ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur
14.01.2019 09:38
Ötən il Şuşa Dövlət Musiqili Dram Teatrının tarixində əlamətdar hadisələrlə yadda qalıb
11.01.2019 17:39
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.01.2019 16:44
Azərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıb