Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
97

Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur

İyul ayının 9-da Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin olunmuş baş direktoru cənab Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru cənab Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova da iştirak etmişdir. Qonaq Bakıda ilk dəfə olduğunu vurğulayaraq şəhərimizi çox bəyəndiyini xüsusilə qeyd etmişdir. O həmçinin rəhbəri olduğu kitabxana haqqında ətraflı məlumat vermiş, daha sonra isə Azərbaycan Milli Kitabxanası haqqında onun maraqlandıran sualları direktora ünvanlamışdır. Cənab Kərim Tahirov qonağı maraqlandıran sualları cavablandırmış  və gələcəkdə Kvebek Milli Kitabxanası və Arxivi ilə ikitərəfli əməkdaşlığın yaranmasına ümid etdiyini bildirmişdir.

Daha sonra qonaq müəllifi olduğu iki kitabı professor Kərim Tahirova təqdim etmişdir. Bu kitabların Milli Kitabxananın fondunda Kanadadan hədiyyə edilən ilk kitablar olduğu vurğulayan Kərim Tahirov onların kitabxananın fondunda öz yerini tutacağını bildirmişdir. Eyni zamanda Kərim Tahirov da öz növbəsində qonaqlara Milli Kitabxana haqqında olan üç dildə çap olunmuş “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) kitabını təqdim etmiş və gələcək əməkdaşlığa ümid etdiyini bildirmişdir.

Daha sonra qonaqlar kitabxana ilə ətraflı tanış olunmuşlar. Milli Kitabxanada yaradılan şəraiti yüksək qiymətləndirən qonaqlar, oxuculara xidmət proseslərinin avtomatlaşdırılmasından və kitab fondlarında qiymətli kitabların mühafizəsi üçün yaradılan şəraitdən xüsusilə razı qaldıqlarını bildirmişlər. Qonaqlar həmçinin Nadir kitablar və kitabxana muzeyi şöbəsində olmuşlar. Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada olan cənab Jean Louis Roy bu kreativ layihəni çox bəyəndiklərini bildirmiş, bu layihə barədə və  kitabxana haqqında öz xoş təəssüratlarını xatirə kitabına qeyd etmişdir.

Görüşün sonunda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

XƏBƏRLƏR

20.08.2018 17:44
Daşkənddə Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır
20.08.2018 12:13
Azərbaycan muğamının “Xan”ı
17.08.2018 18:27
Müslüm Maqomayevin xatirəsi yad olundu
17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib