Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
829

Kinorejissor, Xalq artisti Tofiq İsmayılovun 80 illiyi qeyd olunacaq

Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında xidmətləri olan tanınmış rejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək.

Tədbirdə rejissorun zəngin yaradıcılığımdan, milli kino sənətində xidmətlərindən söz açılacaq, çəkdiyi filmlərdən parçalar nümayiş olunacaq.

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. “Mən mahnı qoşuram”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib. İstedadlı rejissorun filmlərinin hər birinin maraqlı süjeti, mövzulara özünəməxsus yanaşma tərzi vardı.

Rejissor Azərbaycan kinosuna dəyərli ekran əsərləri bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də bu sahənin inkişafına, kino xadimlərinin yetişdirilməsinə töhfələr verib. 1971-ci ildən indiki Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru olub. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. O, “Türk xalqlarının kino tarixi” üçcildlik tədqiqat əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Ədəbi yaradıcılıqla da məşğul olan kino xadimi uşaqlar üçün pyeslər, hekayələr yazıb. Əsərləri xarici dillərdə də nəşr olunub.

Ömrünü sənətə həsr edən kinorejissor 2016-cı ilin 25 martında vəfat edib.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb