Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
380

Dövlət Mahnı Teatrında “Kitabın İşığın Olsun” adlı tədbir keçirildi

Aprelin 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğunun birgə layihəsi çərçivəsində “Kitabın İşığın Olsun” adlı tədbir keçirildi.

Tədbirdə Türkiyədən gələn uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan və azərbaycanlı yazıçı Əziz Sultanov, Türkiyə Havaçılıq və Uzay Texnologiyaları müdiri Sərdar Hüseyn Yıldırım və azərbaycanlı uşaq yazarlarından Sevinc Nuruqızı, Elvira Məmmədova və Aygün Bünyadzadə və.s qonaqlar iştirak etdi.

Tədbirdə çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, TİKA-nın Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim tədbirin mahiyyəti və əhəmiyyəti haqqında geniş məlumat verdilər. Qeyd etdilər ki, tədbirin əsas məqsədi, türk xalqlarının mədəniyyətini təbliğ etmək, uşaqların xarakterlərinin formalaşmasında kitabın ən yaxşı və əvəzsiz vasitə olduğunu diqqətə çatdırmaqdır.

Tədbir çərçivəsində 7 saylı musiqi məktəbinin, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin şagirdlərinin və əməkdar artist Elnur Hüseynovun ifasında 23 aprel Uşaq Gününə həsr olunmuş şeirlər, mahnılar və rəqslər, kompozisiyalar təqdim olundu. Daha sonra “Kəloğlan, Cırtdan, Molla Nəsrəddin” səhnələri tamaşaçıların zövqünü oxşadı.

Qeyd edək ki, layihə çərçivəsində tərcümə edilən 30 min nüsxə türk  uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu, azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifləri olduqları 10 adda kitab  kitabxanalara, təhsil müəssisələrinə, iştirakçı uşaqlara hədiyyə ediləcək.

XƏBƏRLƏR

22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək