Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2015

Lənkəran səhnəsində İran tamaşası

Xəbər verildiyi kimi mayın 12-dən Şəki şəhərində “Sərhəsdiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına start verilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Ümummilli Lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub. Mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, dünyanın bir sıra teatr kollektivləri də iştirak edir.

Festivalın beynəlxalq proqramı çərçivəsində mayın 14-də İran İslam Respublikasının Ərdəbil vilayətinin Parsabad şəhərindəki Muğan-Hünər Teatrının truppası Mahmud Məndəvinin “Canavar” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib.

Tamaşadan öncə Lənkəran teatrının direktoru Tofiq Heydərov III Şəki Beynəlxalq Teatr Festivalının məqsəd və məramı barədə ətraflı məlumat verib.

Süjet xətti Qurani-Kərimin Həzrəti Yusif və Züleyxa Əhvalatından götürülmüş “Canavar” tamaşasının quruluşçu rejissoru və rəssamı Qərib Mənuçehri, musiqi tərtibatçısı Yaşar Haşimi ilə Yaşar Mənuçehridir. Lənkəran teatrsevərləri tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Əli Məhəmmədzadə, Nəsrin Huşyar, Yaşar Haşimi və Yaşar Mənuçehri ifa ediblər.

Tamaşa başa çatdıqdan sonra iranlı sənətçilərə Beynəlxalq Teatr Festivalının diplomu, həmçinin Lənkəran Dövlət Dram Teatrının xatirə hədiyyələri təqdim olunub.

XƏBƏRLƏR

17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq