Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1239

Lənkəran teatrında yeni mövsümün vəzifələri müzakirə olunub

Sentyabrın 5-də Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün vəzifələrinə dair kollektivin ümumi yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov əvvəlcə ötən mövsümün yekunlarına nəzər salaraq  əldə olunan nailiyyətləri bir daha yada salıb. Bildirilib ki, ötən mövsüm teatr üçün uğurlu keçib. Kollektiv İranın Rəşt şəhərində  Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə qastrol səfərində olub. Cari ilin noyabr ayında isə teatrın truppası Qazaxstanın Aktau şəhərinə qastrol səfərinə gedəcək.  Hazırda səfərin detalları dəqiqləşdirilir.

Qeyd olunub ki, teatrda rejissor, Əməkdar artist Adil Zeynalovun quruluşunda Ə.Haqverdiyevin “Xortanın cəhənnəm məktubları” əsəri tamaşaya hazırlanır. İlin sonuna kimi daha bir neçə səhnə əsərinin hazırlanması da nəzərdə tutulub.

İclasda kollektivin üzvləri təklif və mülahizələrlə çıxış ediblər.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb