Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1174

Lənkəranda Əməkdar artist Təvəkkül Əliyevin xatirəsi anılıb

Yanvarın 23-də Lənkəran Dövlət Dram Teatrında uzun illər bu sənət ocağında çalışmış Əməkdar artist, “Tərəqqi” medallı Təvəkkül Əliyevin xatirəsi anılıb. Tədbir unudulmaz aktyorun vəfatının ildönümünə həsr olunub.

Anım mərasimində teatrın direktoru Tofiq Heydərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, aparıcı səhnə ustaları, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Zemfira Əhmədova və digərləri çıxış edərək uzun müddət çiyin-çiyinə çalışdıqları aktyor dostları Təvəkkül Əliyev haqqında xatirələrini dilə gətirməklə sənətkarın milli teatrımızın inkişafındakı xidmətlərindən danışıblar.

Bildirilib ki, Təvəkkül Əliyev 1950-ci ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirdikdən sonra təyinatla yenicə açılmış Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Teatrda işlədiyi 43 illik müddətdə T.Əliyev üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış 100-dən çox tamaşada iştirak edib.Aktyorun xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2000-ci ildə Əməkdar artis fəxri adalayiq görülüb, 2013-cü ildə isə “Tərəqqi” medallı ilə təltif olunub.

Çıxışçılar ürək ağrısı ilə qeyd ediblər ki, amansız ölüm istedadlı aktyoru yaradıcılığının çiçəkləndiyi vaxtda – 2017-ci ilin 23 yanvarında candından artıq sevdiyi doğma teatrdan, sənət dostlarınından ayırıb. Dönə-dönə vurğulanıb ki, illər, qərinələr ötsə də Təvəkkül Əliyevin işıqlı xatirəsi onun dostlarının, çoxsaylı pərəstişkarlarının xatirəsində yaşayacaq.

XƏBƏRLƏR

16.02.2019 13:21
Mədəniyyət naziri Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
16.02.2019 11:42
Bakıda türkmən xalçaları və zərgərlik məmulatlarından ibarət sərgi açılıb
15.02.2019 17:39
Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
15.02.2019 16:33
Sumqayıtda “Uğur Əngəl Tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə keçirilib
15.02.2019 16:02
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15.02.2019 15:40
“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsinə eskizlərin qəbulu müddəti uzadılmışdır
15.02.2019 15:40
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb
15.02.2019 14:59
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15.02.2019 12:39
Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı
15.02.2019 11:21
Kürdəmirdə mədəniyyət müəssisələrinin rəhbər və gənc işçilərinin toplantısı keçirilib
15.02.2019 09:57
Azərbaycanın Birinci vitse-prezidenti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub
14.02.2019 18:30
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Türkmənistan nümayəndə heyəti ilə görüşüb
14.02.2019 17:09
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib
14.02.2019 14:25
Musiqili Teatr azyaşlı tamaşaçıları üçün bayram hədiyyəsi hazırlayır
14.02.2019 14:10
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “ASAN Xidmət” mərkəzində Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş tədbir keçirilib
14.02.2019 14:09
Bakıda “Türkmənistan əl işi xalçaları, milli zərgərlik məmulatları və tekstil məhsulları” adlı sərgi açılacaq
14.02.2019 11:36
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
14.02.2019 10:28
“Rusiya və Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoq üçün körpülər kimi” mövzusunda dəyirmi masa keçirilib
13.02.2019 17:33
Altay Əmir oğlu Hacıyev
13.02.2019 17:05
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2019 16:52
Daşkənddə keçirilən beynəlxalq konfransda ölkəmiz də iştirak edib
13.02.2019 16:51
Beyləqanda əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
13.02.2019 10:24
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunub
12.02.2019 12:38
Dördüncü Buktreyler Festivalının iştirak şərtləri bəlli oldu
12.02.2019 12:18
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilin yeni baleti “Dahi hekayəçi” növbəti dəfə təqdim olunub.
12.02.2019 10:03
“MƏNİM ŞAMAXIM” adlı rəsm müsabiqəsi
11.02.2019 17:53
Yeni reallıq - yeni peşə səriştələri