Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1708

“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir

6 iyul 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirildi. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və həmin muzeyin təşkilati dəstəyi ilə ilə baş tutan seminar “Cəmiyyətin inkişafında mədəniyyətin rolu” mövzusuna həsr edilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev seminarın əhəmiyyətindən,  qarşıya qoyulan məqsədlərdən bəhs etdi. O, əməkdaşı olduğu Mərkəzin Mədəniyyət Nazirliyinin mədəniyyət siyasətinin həyata keçirilməsində oynadığı rola və üzərinə düşən vəzifələrə toxundu. Qeyd etdi ki, “Mədəniyyət naminə elm” layihəsinin silsilə tədbirlər şəklində təşkili mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Daha sonra çıxış üçün söz pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmova verildi. “Cümhuriyyət dövründə elm, təhsil, mədəniyyət” mövzusunda çıxış edən tanınmış elm xadimi iki ilə yaxın davam edən müstəqillik dönəmində görülən işlərdən, elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən söz açdı. Qısa zaman ərzində hər üç sahə üzrə böyük məsafə qət edildiyini vurğulayan natiq bu gün də həmin siyasətin uğurla davam etdirildiyini nəzərə çatdırdı.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev ilk öncə muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara təşəkkürünü bildirdi. Diqqəti layihənin əhəmiyyətinə yönəldən Mərkəzin direktoru əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğunu vurğuladı, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini qeyd etdi.

Tədbir daha sonra sual-cavab formatında davam etdirildi. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirdilər, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi apardılar.

Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova Mərkəz tərəfindən təltif olunub.

XƏBƏRLƏR

20.08.2018 17:44
Daşkənddə Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır
20.08.2018 12:13
Azərbaycan muğamının “Xan”ı
17.08.2018 18:27
Müslüm Maqomayevin xatirəsi yad olundu
17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib