Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
807

Mədəniyyət naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi

22 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi.

Misir Ərəb Respublikasının səfiri Adel İbrahimlə keçirilmiş görüşdə həmin ölkənin mədəniyyət nazirinin Azərbaycana gözlənilən səfərinin təfərrüatları, 5-9 fevral 2019-cu il tarixində Qahirə şəhərində keçiriləcək 1-ci İƏT Festivalı, həmçinin cari ilin mart ayında təşkil ediləcək Şarm əl-Şeyx Beynəlxalq Film Festivalında ölkəmizin təmsil olunması məsələləri müzakirə edildi və bir sıra razılıqlar əldə olundu.

Daha sonra nazir Əbülfəs Qarayev Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul etdi. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparıldı.

Nazir keçirilən görüşlər zamanı qonaqları 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı