Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
353

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-da görüşlər keçirib

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak etmək üçün Parisə səfəri çərçivəsində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bir sıra görüşlər keçirib.

YUNESKO-nun Ümumdünya İrs Mərkəzində keçirilən görüşdə Şəki şəhərinin tarixi hissəsinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə 2019-cu ildə nominasiya faylının yekun versiyasının təqdim olunması istiqamətində atılacaq addımlar müzakirə olunub. Həmçinin YUNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakıda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bir il müddətinə komitənin sədri seçilib və 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcəkdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması və YUNESKO-nun ən mühüm tədbirlərindən birinin Bakıda keçirilməsi ölkəmizin bu təşkilatla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Nazir müavini YUNESKO-nun konfranslar və mədəni tədbirlərin idarə edilməsi üzrə direktoru Tanya Fernandez de Toledo ilə də görüşüb. Görüş zamanı YUNESKO-nun “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri Proqramı” çərçivəsində Azərbaycanın fəaliyyəti müzakirə edilib. 2019-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasının 100, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin YUNESKO səviyyəsində qeyd olunmasına dair müzakirələr aparılıb.

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası öz işini yekunlaşdırıb. “Create 2030” şüarı altında keçirilən sessiyada yaradıcılıq azadlığı, vətəndaş cəmiyyətinin mədəniyyət və yaradıcı sənayelərdə rolu, süni intellektin yaradıcılığa təsiri və qadın sahibkarların mədəniyyət sənayelərində fəaliyyətinə dair mövzular müzakirə edilib.  

Həmçinin sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair həsabat qəbul olunub.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu