Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
87

Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi

Mədəniyyət Nazirliyində Şenyanq Əyaləti Xalq Hökumətinin Xarici İşlər İdarəsinin Ölkədən Xaricdə Çin Məsələləri üzrə Şenyanq Ofisinin direktoru Vanq Jinqyinqin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirildi.

Görüşdə Azərbaycan – Çin mədəni əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı, Şenyanq şəhəri ilə mədəni əlaqələrin inkişaf etdirilməsinə dair qarşılıqlı maraq ifadə olundu.

Nazirliyin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə İki ölkə arasında mədəni əməkdaşlığa dair müvafiq müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2022-ci illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol” layihəsinin imzalanması istiqamətində iş aparıldığını bildirdi. Sözügedən protokolun Azərbaycan ilə Çin və onun ayrı-ayrı regionları arasında əməkdaşlığa böyük töhfə verəcəyini qeyd etdi.

V.Eyvazzadə Çin və Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzv olduqlarını və təşkilat çərçivəsində six əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı.

Şenyanqda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını təklif edən V.Jinqyinq bu istiqamətdə Şenyanq Əyaləti Hökumətinin bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Mədəni əməkdaşlıq, xalqlararası anlaşma və mübadilənin genişləndirilməsi baxımından sözügedən məsələnin əhəmiyyəti qeyd olundu və müvafiq daxili mexanizmlər aydınlaşdırıldıqdan sonra Çin tərəfinə rəsmi rəy bildiriləcəyi diqqətə çatdırıldı.

XƏBƏRLƏR

20.08.2018 17:44
Daşkənddə Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır
20.08.2018 12:13
Azərbaycan muğamının “Xan”ı
17.08.2018 18:27
Müslüm Maqomayevin xatirəsi yad olundu
17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib