Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1571

Mədəniyyət Nazirliyində informasiya məsələləri üzrə məsul şəxs və etik müvəkkil təyin edilib

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq qərarı ilə informasiyanın operativ şəkildə ictimaiyyətə çatdırılması və onun əldə olunmasının təmin edilməsi, habelə ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

Həmçinin, “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, nazirliyin müvafiq əmri ilə Mədəniyyət Nazirliyində və nazirliyin qurumlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisəli məsələlərin həlli məqsədilə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərov etik müvəkkil təyin edilmişdir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb