Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
810

Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq.

Tədbir iyunun 27-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və "HAVİSSOS" Şirkətinin dəstəyi ilə keçirilir.

Tədbirdə rəssamın bir neçə əsərinin sərgisi təşkil olunacaq, onun həyat və yaradıcılığını əks etdirən filmin təqdimatı keçiriləcəkdir.

Qeyd edək ki, Teymur Rəsul oğlu Rzayev 15 iyul 1959-cu ildə Bakıda anadan olmuşdur. O, 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1982-1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır. O,1985-1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında professor M.M.Devyatov emalatxanasında təhsilini davam etmişdir. Teymur  Rzayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək sənətşünaslıq üzrə fəlsəfə doktorluq elmi dərəcəsini qazanmışdır.

Rəssam 1991-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olmuşdur, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teymur Rzayev  1992-1994-cü illər ərzində Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994 -2006-cı illərdə isə İstanbul şəhəri İstək Atatrük liseyində müəllim işləmişdir. O, 1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində fərdi sərgi təşkil etmiş və həmin il “İstək” Fondunun qurucusu və sədri Bedrettin Dalan tərəfindən İstanbula dəvət edilmişdir. Teymur Rzayev 2005-ci ildən YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Qəbul Komissiyasının üzvüdür. 2008-ci ildə Yeditepe Universitetində Gözəl Sənətlər Fakültəsinin Plastik Sənətlər Bölümündə Rəsm Emalatxanası layihəsinin təsisçisi və icraçısı kimi çalışmışdır. 2015-ci ildə Nizami Gəncəvi irsinin dünya təhsil sistemində tədrisi ilə bağlı layihədə, həmçinin, həmin ildə Çanaqqala Döyüşündə şəhid olan azərbaycanlıların xatirəsinə abidə ucaldılması ilə bağlı layihələrdə iştirak etmişdir.

Teymur Rzayevin 2013-cü ildə Rusiya Rəssamlıq Akademiyasının İ.İ.Şuvalov adına medalına, 2015-ci ildə isə Rusiya-Türkiyə mədəni əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə elə bu ali elmi-yaradıcılıq mərkəzinin xüsusi medalına layiq görülməsi isə onun bədii və ictimai fəaliyyətinə verilən yüksək qiymətdir. 2011-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülməsi də Teymur Rzayevin bütünlükdə səmərəli fəaliyyətinin dəyərləndirilməsinin göstəricisidir.

2016-ci ilin iyununda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

XƏBƏRLƏR

19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran teatrı xarici səfərdən qayıdıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib