Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1119

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı başa çatdı

İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində Məktəblilərin Respublika  Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi.

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək layihəyə qatılan təşkilatlara və şagirdlərə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, ölkəmizdə ilk dəfə təşkil olunan festival şagirdlərin hərtərəfli inkişafı və mədəni səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyətə malikdir: “Belə layihələr şagirdlərə şəxsiyyət kimi formalaşmasında müsbət təsir göstərir. Şagirdlərin hərtərəfli formalaşması onların gələcəyi və ixtisas seçimlərində müstəqil olmalarına şərait yaradır. Şagirdlərin bilik səviyyəsinin artırılması ilə yanaşı, onların tərbiyəsi və estetik zövqlərinin inkişafı da mühüm vəzifələrdəndir. Şagirdlərin məktəbdənkənar fəaliyyəti, yüksək dəyərlərə istiqamətləndirilməsi də bu işin əsas tərkib hissəsidir. Mədəniyyət və sənətin müxtəlif sahələri ilə məşğul olan şagirdlərdə mədəni irsimizə yaxşı münasibət formalaşır”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirakçıları salamlayaraq gənc yaradıcı şagirdlərin bir araya gəlməsini yüksək dəyərləndirdi. Bildirdi ki, gənclərin yaradıcı potensialını nümayiş etdirmələri eyni zamanda yeni ideya və fikrilərə gətirib çıxarır: “Hər bir şagirdin yaradıcı potensialını üzə çıxarmaq üçün münbit şərait yaratmaq lazımdır. İlk dəfə keçirilən festival da məhz bu ideyaya xidmət edir. Festival nəticəsində hər bir şagird öz marağı istiqamətində olan sahə üzrə bacarığını nümayiş etdirir və gələcəkdə öz yolunu seçmək imkanı qazanır. Mədəniyyət Nazirliyi istedadlı uşaqları üzə çıxarılması, onların istedadının dəstəklənməsini daim diqqətdə saxlayır. Gənc musiqiçilər, rəssamlar, aktyorlar öz fəaliyyətlərini sərgi və müsabiqələrdə, festivallarda təqdim etmək imkanı qazanmalıdırlar. Sənətin yekun nəticəsi onun tamaşaçıya təqdim edilməsidir. Bu baxımdan da festivalların keçirilməsi böyük önəm kəsb edir”.

Vaqif Əliyev bütün təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev müsabiqənin məktəblilərin ekoloji mədəniyyətinin və düşüncə tərzinin formalaşması, ətraf mühitin mühafizəsi və ekoloji təcrübəçilik sahəsində fəaliyyətlərinin artırılmasında rolunu qeyd edib.

Qeyd edək ki, üç istiqamət - ekologiya, dram, təsviri və dekorativ sənət sahələri üzrə keçirilən festivalda 600-dək ümumi təhsil müəssisəsindən 4769 şagird iştirak edib. Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yeddi zona üzrə 50 rayondan seçilmiş 214 işi münsiflər heyətinə təqdim edib.

Münsiflər heyətinə Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, Xalq rəssamı Arif Hüseynov,  “Azərbaycanfilm” kinostudiyasının rejissoru, aktyor Kamal Yaşar, Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii rəhbəri Zərif Bəkirova, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, şəhər və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin regional idarələrinin nümayəndələri daxildir.

Tədbirin sonunda qaliblərə diplom və mükafatlar təqdim olundu.

XƏBƏRLƏR

14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib