Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
404

Milli Kitabxanada 10 yaşlı şairin kitablarının təqdimatı olub

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə 10 yaşlı şair Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimatı olub.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq belə istedadlı gənclərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirib. O gənclərin kitabxanaya axınını, mütaliəyə marağın artdığını söyləyib.

Kitabxananın direktoru qeyd edib ki, on yaşlı Sevindik həm mütaliə edir, həm də yazır. Bu yaşda iki şeir kitabının çap olunması çox təqdirəlayiqdir. Kərim Tahirov söyləyib ki, illər keçəcək Sevindik bundan daha yaxşı yazacaq, vətəninə, xalqına layiqli bir övlad, vətənpərvər vətəndaş olacaq, Azərbaycan ədəbiyyatının görkəmli bir nümayəndəsinə çevriləcək.

Direktor Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan Açıq Kitabxanada tez –tez məktəb yaşlı uşaqlarla görüşlərin, istedadlı gənc yazarların kitab təqdimatlarının keçirildiyini söyləyib, dövlətin gənclərə diqqət və qayğısından danışıb.

ADPU-nun kafedra müdiri, uşaq yazıçısı Zahid Xəlil Milli Kitabxanada istedadlı bir gəncin kitabının təqdimatının keçirilməsində iştirak etdiyinə görə şad olduğunu bildirib. O deyib: “Bu iki kitabı oxudum və gördüm ki, Sevindik ədəbiyyatda addımlarını düz atır, doğru yoldadır. Onun şeirlərində vətənpərvərlik duyğuları çox yüksəkdir”.

Professor Rafiq Yusifoğlu hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbriklərini bildirib və Sevindik Nəsiboğlunun gələcəkdə yeni-yeni kitablarının çap olunmasını arzuladı.

Digər çıxış edənlər də Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərində poetik bir üslub olduğunu, vətənpərvərlik üslubunda yazdığını bildiriblər.

Tədbirin sonunda on yaşlı şair yaradıcılığından“Zəngəzur” şeirini oxuyub, gələcək planlarından danışıb.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı