Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1099

Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi

Yanvarın 17-də Azərbaycan Milli Kitabxanasında “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi.  

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söylədi. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirdi.

Tədbir zamanı vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirildi.

Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva çıxışında Rus Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının – 20 yanvar hadisələrinin Azərbaycan xalqının qəhərmanlıq şəhadəti, köləlikdən azadlığa, müstəqilliyə doğru gedən yolun başlanğıcı olduğunu bildirdi. Qeyd etdi ki,“Azərbaycan şəhidlərinin ruhu şaddır. Bu gün Azərbaycan xalqı yaşayır, Azərbaycan dövləti iri addımlarla müstəqil şəkildə iqtisadiyyatını gücləndirir və eyni zamanda Azərbaycan qabaqcıl ölkələr sırasında irəliləyir”.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək 1990-cı ilin “20 yanvar” hadisəsinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söylədi. Həmin gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazmalarından, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmalarından bəhs etdi.

Direktor müavini onu da qeyd etdi ki, Milli Kitabxana Azərbaycan xalqının başına gətirilən “20 yanvar” faciəsi haqqında tarixi həqiqətləri Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq üçün daim müxtəlif kütləvi tədbirlər keçirir, kitab sərgiləri, kitab təqdimatları, film nümayişləri edir. O həmçinin qeyd etdi ki, kitabxananın saytında “20 yanvar” faciəsi ilə bağlı elektron məlumat bazası yerləşdirilib və burada bütün informasiyalar və elektron resurslar daim yenilənir.

Daha sonra Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli və Tərlanə Əliyeva “20 yanvar” faciəsinin qurbanlarına, şəhidlərimizə həsr etdikləri şeirləri oxudular.

Sonda tədbir iştirakçıları “20 yanvar” faciəsinə həsr olunmuş və Azərbaycanda, xarici mətbuatda çap edilmiş, Azərbaycan, rus və digər dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış oldular.

XƏBƏRLƏR

17.10.2019 13:55
Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i
17.10.2019 12:33
M.A.P. festivalında “Universal hadisə”
17.10.2019 12:27
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənəli şəkildə qeyd edilib
17.10.2019 11:45
Macarıstanda keçirilən tədbirdə Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti iştirak edib
17.10.2019 10:20
Respublika Uşaq Kitabxanasında “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi
17.10.2019 09:03
Tanınmış yazıçı-dramaturq və kinorejissor Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
16.10.2019 17:47
Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
16.10.2019 15:49
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib
16.10.2019 15:34
Abdulla Şaiqin xatirəsi anılıb
16.10.2019 14:20
Lənkəranda Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi
16.10.2019 09:59
Qazaxıstanın Mədəniyyət və Təhsil nazirləri ADMİU-da olub
16.10.2019 09:37
Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar
16.10.2019 09:24
Bakıda Dağıstan poeziyasının görkəmli nümayəndəsi Stalskinin 150 illiyi qeyd olunub
16.10.2019 09:14
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15.10.2019 18:48
Teatrımızın canlı ensiklopediyası İlham Rəhimlinin 70 illiyi qeyd olunub
15.10.2019 14:24
Beyləqanda Dərbənd Dram Teatrının tamaşası təqdim olunub
15.10.2019 09:07
Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir
14.10.2019 16:21
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni beynəlxalq metodiki vəsait hazırlayıb
14.10.2019 11:50
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
14.10.2019 11:39
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir
14.10.2019 09:17
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019 12:07
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
12.10.2019 12:05
Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir
11.10.2019 20:44
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib