Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
312

Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişinə başlanılıb

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişinə start verilib.

Kino həftəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evində kinorejissor Zamin Məmmədovun lentə aldığı Milli Qəhrəman Mətləb Quliyevə həsr olunmuş “Həsrətlə cənnətə qovuşanlar” və Milli Qəhrəman Vüqar Mürsəlova həsr olunmuş “Dəmir atlı” filmləri tamaşaçılara təqdim edilib.

H.Abbasov adına Mədəniyyət evində isə kinorejissor Seyran Mahmudoğlunun lentə aldığı Milli Qəhrəman Yavər Şahbazova həsr olunmuş “Bitməyən ömür” və rejissor Ramiz Hüseynovun lentə aldığı Milli Qəhrəman Ələsgər Novruzova həsr olunmuş “Qəhrəmanlığa gedən yol” adlı filmlər nümayiş olunub.

Filmlərin nümayişində məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı