Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
371

“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub

İyulun 17-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa keçirilib.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açaraq dövrünün görkəmli mütəfəkkiri, şair, ədəbiyyatımız tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi İmadəddin Nəsiminin yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olmasından ətraflı bəhs edib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, filologiya üzrə fəlsəfə doktorları, Zəkulla Bayramlı, Xədicə İsgəndərli və başqaları çıxışlarında Nəsiminin bədii yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında rolunu xüsusi qeyd ediblər.

Azərbaycan Dövlət Milli Konservatoriyasının tələbəsi Arzu Məmmədova Nəsiminin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı Nəsiminin “Etməgil”, “İstəməz” qəzəllərini söyləyib.

Tədbir boyu Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Dəyirmi masanın sonunda “Məndə sığar iki cahan” adlı kitab sərgisinə baxış keçirilib.

XƏBƏRLƏR

21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb