Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1764

Nic qəsəbəsində kitab sərgisi keçirilmişdir

Cari ilin 16 mart tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Qəbələ rayonu üzrə “Pilot layihəsi” çərçivəsində Nic qəsəbəsində  mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxuma mədəniyyətinin təbliğı məqsədi ilə səyyar kitab sərgisi təşkil olunmuşdur.

Səyyar kitab sərgisində Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə yanaşı Nic qəsəbə və Çuxur Qəbələ, Mıxlıqovaq  kənd kitabxana filialları da iştirak etmişdir.

Bu tədbiri keçirməkdə məqsəd Qəbələ rayonunda fəaliyyət göstərən kitabxanalarda ədəbiyyat, xüsusi ilə uşaq ədəbiyyatına olan meyili yüksəltmək, müxtəlif  yaşlı oxucularda mütaliəyə marağı artırmaqdır.

Sərgidə İsmayıllı İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova,  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Nic qəsəbəsi 2 saylı tam orta məktəbinin direktoru Valeriy Marderosov, Yaradıcılıq Mərkəzinin direktoru Vitaliy Koçarxoy, “Ürayin” Ulu Mədəniyyət Mərkəzinin direktoru Oleq Danakari,  məktəblilər və Nic qəsəbəsinin ictimaiyyəti və sakinləri  iştirak etmişlər.

Sərgini Mərkəzin direktoru Asif Usubəliyev açaraq dövlətimizin sosial-siyasi həyatında multikulturalizmin oynadığı roldan söhbət açmışdır. Daha sonra mövcud istiqamətdəki dövlət və mədəniyyət siyasətindən sərgi iştirakçılarına məlumat vermişdir.

Qeyd olundu ki, rayon və kənd kitabxanalarında, onların filiallarında latın qrafikası ilə olan uşaq ədəbiyyatının azlığını nəzərə alaraq belə səyyar tədbirlərin təşkil edilməsi olduqca əhəmiyyətlidir.

Tədbir  zamanı Nic qəsəbəsinin Uşaq Musiqi Məktəbi yetirmələrinin hazırladıqları azərbaycan, udi və ingiliz dilində bədii qiraət kompozisiyasının nümayişi də sərgiyə gələnlərə xoş ovqat bağışlayıb.

Sonda Mərkəz tərəfindən təsis olunmuş mükafatlar məktəbin direktoruna və fəal iştirakçılara təqdim edilmişdir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb