Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
356

Ölkəmiz İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisində layiqincə təmsil olunub

10 noyabr 2018-ci il tarixində 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş konsulluğumuzun dəstəyi ilə sərgidə ölkəmiz geniş sahədə qurulmuş xüsusi stendlə təmsil olunub.

"Həyatı ədəbiyyatla əhatə edək" mövzusunda keçirilən builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Kitab sərgisinin "Fəxri yazarı" Selim İleridir. Azərbaycan bölməsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda çap məhsulu sərgilənib.

Eyni zamanda, stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Cümhuriyyətimizin tarixini özündə ehtiva edən nadir nəşrlər nümayiş olunur. Bundan başqa, Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilib.

Azərbaycan bölməsində, həmçinin "Kaspi nəşrləri" seriyasından maraqlı kitablar sərgilənib. "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkətinin dəstəyi ilə çap olunan bu kitablar dörd dildədir. Burada sərgilənən "Kaspi nəşrləri" - ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömrünə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, mətbuat tarixinə və dahi şair Hüseyn Cavidə aid kitablar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, nadir tarixi və memarlıq abidələrini, müasir görkəmini əks etdirən videoçarxlar nümayiş olunub.

Sərgi çərçivəsində bölməmizdə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bir sıra birgə tədbirlər planlaşdırılıb.

Qeyd edək ki, sərgi noyabrın 13-dək davam edəcək. Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq.

* * *

Nəzərinizə çatdırırıq ki, Beynəlxalq Sərgi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübariz” romanının imza günü keçirilib. İmza günü sərgidə fəaliyyət göstərən Azərbaycan bölməsində təşkil olunub.

Türkiyəli yazıçı Yurtsevən Şən tərəfindən qələmə alınan əsər Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinin tərəfdaşı olan “Zəngin yayıncılıq” nəşriyyatında çap olunub.

Əsərdə Mübariz İbrahimovun həyatı real hadisələr əsasında yüksək bədii peşəkarlıqla işıqlandırılıb.

Romanın Türkiyədə böyük rəğbət qazanmasının əsas səbəblərindən biri xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun qardaş ölkədə tanınması və Azərbaycan şəhidinə göstərilən sonsuz ehtiramdır.

* * *

Sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Orxan Kamal Xalq Kitabxanasının müdiri Süheyla Acarla görüşüb. Süheyla Acar nazirliyin əməkdaşlarını kitabxananın oxu zalı, kitab fondu, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və kartoteka sistemi ilə tanış edib. 

Daha sonra Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Azərbaycan kitabxanalarının və nəşriyyatlarının iş sistemi, kitabların qorunub saxlanılması, dövriyyəsi haqqında məlumat verib.

Görüşdə hər iki ölkənin kitabxanaları arasında qarşılıqlı əməkdaşlığın yaradılması, kitab mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu