Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
781

Özbəkistanda keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Azərbaycan milli stendi təqdim olunub

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin gənc rəssamları, heykəltaraşları, bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim ediblər.

Bu il də tədbirə maraq böyük olmuş, festivalda Özbəkistanın mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış mütəxəssisləri, xarici ölkələrin Özbəkistandakı səfirləri, diplomatları, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak etmişlər.

Festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur festivalın əhəmiyyətindən danışmış, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən təsviri sənət festivalının gənc istedadların üzə çıxarılması və Özbəkistanın zəngin incəsənətinin dünyaya tanıdılmasına xidmət etdiyini bildirib. Festivalda Özbəkistanla yanaşı Azərbaycan, Qazaxıstan, Rusiya, Lativiya, Qırğızıstan, Türkmənistan, İran və başqa ölkələrin öz milli stendini qurduqlarını qeyd edən natiq, gələcəkdə də bu cür layihələrin davam etdiriləcəyini qeyd edib.

Latviyanın Özbəkistandakı Səfiri Mixails Popkov, Banqladeşin Özbəkistandakı Səfiri Masud Manan çıxışlarında Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə son zamanlar ölkədə hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də böyük islahatlar, layihələrin həyata keçirildiyini, zəngin mədəniyyəti, incəsənəti haqqında danışaraq, onun dünyaya tanıdılmasında Festivalın mühüm əhəmiyyəti olduğunu qeyd ediblər.

Açılış mərasimində Özbək mədəniyyətinə dair milli rəqslər və musiqilər ifa olunub.

Daha sonra Festivalın rəsmi açılışı baş tutub. Fəxri qonaqlar milli stendlərlə tanış olublar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Odlar yurdunun nəfəsi" adlı milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan milli stendində Azərbaycan xalçaları, Azərbaycan milli geyimləri, kəlağayıları, misdən hazırlanmış  məişət  qabları, milli musiqi alətlərimiz, milli mədəniyyətimizə dair müxtəlif kompozisiyalar əsrgilənib.

Milli stendlə tanış olanlar ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, Azərbaycan xalqının istedadı haqqında məlumatlandırılmış, ipək yolunun üzərində yerləşən Azərbaycanın görməli məkanları, turizm imkanları, habelə tanınmış rəssamlarımızın rəsmləri  nümayiş etdirilib.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb