Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
376

Qax rayonunda III Bal bayramı keçirilib

Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsidir.

Zəngin floraya malik olan Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Son illər rayonda arıçılığın inkişafı istiqamətində məqsədyönlü iş aparılır.

Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən sayılan arıçılığı daha geniş təbliğ etmək məqsədilə sentyabrın 19-da Qax rayonunda III Bal bayramı keçirilib.

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd gəlirli sahələrdən olan arıçılığı təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Bayramda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Milli Məclisin deputatı Azər Kərimli, Mədəniyyət Nazirliyinin Xalq yaradıcıllığı və mədəni marşrutların inkişafı şöbəsinin baş məsləhətçisi Seymur Həsənov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər dövlət qurumlarının rəsmiləri, qonşu rayonların icra hakimiyyətlərinin başçıları, Arıçılıq Assosiasiyasının rəhbərliyi, 10 rayonun arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbirə dəvət olunan qonaqlar rayonda fəaliyyət göstərən “APİ-DELTA” arıçılıq təsərrüfatı ilə tanış olublar. Məlumat verilib ki, beş ilə yaxındır yaradılan bu kompleks ölkəmizdə fəaliyyət göstərən ən iri arıçılıq təsərrüfatıdır. Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri, müəssisənin rəhbəri Bədrəddin Həsrətov bildirib ki, hazırda təsərrüfatda 1300 arı ailəsi var. Kompleksin tərkibinə arıxana təsərrüfatları, damazlıq bölmə, arı pətəyi, çərçivə və arıçılıq üçün lazım olan digər avadanlığın, həmçinin arı mumundan şanın hazırlanması üçün sexlər, laboratoriya, arı südünün alınması və digər istehsal sahələri daxildir. Müəssisədə 10 çeşiddə arıçılıq məhsulu, o cümlədən bal, çiçək tozu, vərəmum, arı südü, orqanik bal və digər məhsullar istehsal olunur.

Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində keçirilən bayramın rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb. Arıçılığın Azərbaycanda qədim tarixə malik olduğunu bildirən icra hakimiyyətinin başçısı dövlətin aqrar siyasətində bu sahənin inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Qeyd edilib ki, arıçılığı inkişaf etdirmək məqsədilə son illər ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Arıçılığın inkişafı kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə də çox yaxşı təsir göstərir.

Bildirilib ki, Qaxda Bal bayramının keçirilməsi heç də təsadüfi deyil. Bu gün rayonda kənd təsərrüfatının mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına çox böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq göstərənlərin sayı da ildən-ilə artır. Son üç ildə rayonda arı ailələrinin sayı 2 dəfədən çox artırılaraq 21 min 700-ə çatdırılıb. Ötən il qaxlı arıçılara dövlət büdcəsinin vəsaiti hesabına 217 min manat subsidiya ödənilib. Cari ilin ötən dövründə rayonda 200 tonadək bal istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə iki dəfəyədək artıb.

Mərasimdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək, aqrar sahənin inkişafının dövlətin önəm verdiyi prioritet istiqamətlərdən biri olduğunu bildirib. Vurğulanıb ki, son dövrlər Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına çox böyük diqqət və qayğı göstərilir. Bunun heç də təsadüfi olmadığını bildirən nazir müavini deyib: “Ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi hazırda bütün dövlətlərin qarşısında duran ən vacib və strateji vəzifələrdən biridir. Ərzaq təhlükəsizliyinə çox ciddi töhfə verən sahələrdən biri də arıçılıqdır. Arıçılıq dünyada yeganə sahədir ki, onun inkişafı digər sahələrin inkişafına heç bir mənfi təsir göstərmir, təbii ehtiyatları azaltmır. Əksinə, digər sahələrdə məhsuldarlığın artırılmasına, tozlanmanı daha da sürətləndirməklə bağçılığın, kənd təsərrüfatının digər sahələrinin inkişafına çox yaxşı təsir göstərir”.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə arıçılığa xüsusi dövlət dəstəyinin göstərilməsi çox qısa bir zamanda öz müsbət təsirini göstərməkdədir. İki il bundan əvvəl Azərbaycanda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb. Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur.

Mərasimdə Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov çıxış edərək, arıçılığın inkişafına göstərilən yüksək diqqət və qayğıya görə respublika arıçıları adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra bayrama dəvət olunan qonaqlar və tədbir iştirakçıları bal və arıçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlığın sərgiləri ilə tanış olublar. Sərgidə nümayiş etdirilən müxtəlif növ təbii bal, habelə arı südü, çiçək tozu, təbii arı yapışqanı və mumu, digər arıçılıq məhsulları tədbir iştirakçılarının böyük marağına səbəb olub. Bayram iştirakçılarına arıçılığa dair bukletlər, məlumat kitabçaları paylanılıb.

Respublikamızın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı bayram iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

XƏBƏRLƏR

14.10.2019 11:50
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
14.10.2019 11:39
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir
14.10.2019 09:17
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019 12:07
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
12.10.2019 12:05
Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir
11.10.2019 20:44
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib
11.10.2019 17:09
“Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu”na həsr olunan tədbir keçirildi
11.10.2019 17:01
Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub
11.10.2019 16:15
Kukla Teatrının nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb
11.10.2019 15:43
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinin başa çatmasına beş gün qalıb
11.10.2019 14:28
“Xəmsə”nin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib
11.10.2019 14:03
Mədəniyyət naziri Rusiya nümayəndə heyəti ilə görüşüb
11.10.2019 12:39
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Belçika Krallığının Spa şəhərində keçirilir
11.10.2019 10:58
Respublika Uşaq kitabxanasında xarici yazarlarla görüş keçirilib
11.10.2019 09:45
Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib
11.10.2019 09:41
Balakən III Xurma festivalına hazırlaşır
11.10.2019 09:38
Dahi dramaturq Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunur
11.10.2019 09:24
Milli İncəsənət Muzeyinin direktoru Fransanın fəxri ordeni ilə təltif olunub
11.10.2019 09:20
“YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılışı olub
11.10.2019 09:17
“Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert olacaq
11.10.2019 09:13
Bakıda “İplər arasında harmoniya” adlı sərgi açılıb
10.10.2019 17:21
Bakıda "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək
10.10.2019 14:42
Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qəbul olunub
10.10.2019 14:32
“Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirildi
10.10.2019 12:24
Milli Kitabxanada “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” adlı kitab sərgisi açılıb
10.10.2019 12:10
Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunub
10.10.2019 10:43
Nazir Əbülfəs Qarayevin “Yeni Müsavat” qəzetinə müsahibəsinin son hissəsi
10.10.2019 09:14
XI Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılıb
09.10.2019 18:06
Mədəniyyət kanalı ilə əməkdaşlıq çərçivəsində yeni layihə